PARİSDƏ TERROR (VİDEO – FOTOLAR)

terror_paris

Silahlılar jurnala basqın etdi; Dünya bu teraktı pislədi; Fransa meydanlara axışdı

Parisde terrorFransanın paytaxtında baş verən terror aktına etiraz olaraq on minlərlə insan küçələrə axışıb. Bundan başqa Yelisey sarayında və digər ictimai binalarda da bütün bayraqlar yarıya endirilib.  Küçələrə axışan insanlar əsasən bir şür səsləndirir:  ‘Not Afraid’ (qorxmuruq). Parisdən başqa Fransanın digər şəhərlərində və Avropanın bir çox paytaxtlarında da baş verən terror aktına etiraz yürüşləri təşkil olunub.

“Amerikanın ən yaxın müttəfiqlərindən biri olan Fransa bizim və dünyanın təhlükəsizliyinə hədə təşkil edən terrorçulara qarşı mübarizədə Birləşmiş Ştatlarla çiyin-çiyinə dayanıb”.

ABŞ prezidenti Barak Obama Parisdə həftəlik “Charlie Hebdo” qəzetinə hücumla bağlı bəyanatla çıxış edib. Ağ Evin veb səhifəsində yerləşdirilmiş bəyanatda deyilir: “Parisdə Charlie Hebdo” dərgisinin ofisində 12 adamın ölümülə nəticələnmiş dəhşətli atışmanı qınayıram. Bu ağır gündə fikirlərimiz və dualarımız terror hücumunun qurbanları və Fransa xalqı ilədir.

Amerikanın ən yaxın müttəfiqlərindən biri olan Fransa bizim və dünyanın təhlükəsizliyinə hədə təşkil edən terrorçulara qarşı mübarizədə Birləşmiş Ştatlarla çiyin-çiyinə dayanıb. Fransa xalqı dəfələrlə xalqlarımızın nəsillər boyu qoruduğu universal dəyərlərin müdafiəsinə qalxıb”-deyə prezident Obamanın bəyanatında bildirilir.

ABŞ prezidenti Birləşmiş Ştatlar rəsmilərinin Fransa rəsmiləri ilə əlaqə saxladığını və öz administrasiyasına terrorçuların ədalət məhkəməsi qarşısına çıxarılması üçün hər hansı bir yardımın edilməsinə dair göstəriş verdiyini bəyan edib.

Britaniyanın Daily Telegraph nəşrinin yazdığına görə, “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edənlər yoldan keçənlərə özlərini Əl-Qaidə terror təşkilatının üzvləri kimi təqdim ediblər.

Fransanın paytaxtı Parisdə 12 nəfərin ölümünə səbəb olan silahlı basqına səbəb dərc edilən bir karikatura ola bilər. Belə ki, “Charlie Hebdo” jurnalı bu gün silahlı basqından bir necə saat əvvəl özünün tvitter səhifəsində İŞİD lideri Əbubəkir Əl Bağdadi ilə bağlı karikatura paylaşıb. Karikaturada Bağdadi çıxış edən yerdə və “Bağdadinin də təmannası: Hər şeydən öncə sağlamlıq” sözlərinin müşayiəti ilə göstərilib.
Bəzi xarici mətbuat nümayəndələri basqının məhz bu karikatura ilə bağlı olduğunu iddia edir.

Fransa prezidenti Fransua Olland hadisə ilə bağlı açıqlama verib. “Terrorçular jurnala qarşı hücum həyata keçiriblər. Bu ifadə azadlığına qarşı bir hücumdur. Qarşıdan gələn saatlarda fransız xalqına səslənəcəm. Basqınçıların dərhal tutulması lazımdır”.

Fransanın paytaxtı Parisdə yumor jurnalı olan “Charlie Hebdo”nun binasına  silahlı şəxslər tərəfindən basqın olub. Hücum nəticəsində ən azı 10 adamın ölüdüyü, 6 nəfərin yaralandığı bildirilir. Basqınçılar hadisə yerindən  qaçmağı bacarıb. Hücuma ilik səbəb kimi,iki il öncə jurnalın  Məhəmməd peygəmbərin  karikaturalarını yayımlaması göstərilir. Jurnal Parisin 11-ci bölgəsindəki “Nicolas Apper” prospektində yerləşir. “Le Monde” nin məlumatına görə,  silahlılar hadisə yerindən qaçarkən yaxınlıqda olan polis maşınını da atəşə tutublar. Şahidlərin bildirdiyinə görə, basqınçılar azı 30 dəfə atəş açıblar.
Artıq Fransa prezidenti Fransua Olland da hadisə yerinə gedib. Həmçinin hadisə ilə bağlı hökumətin toplanacağı gözlənilir.

~ tərəfindən Patriot 08/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma