MOSKVANIN MANEJ MEYDANINDAN MİTİNQ GÖRÜNTÜLƏRİ (VİDEO – FOTOLAR)

putin-rusiya-mitinq

Navalnı tərəfdarları Moskvada mitinq keçirdi: həbslər var

Rusiya saytlarının məlumatına görə, hazırda Manej meydanına xüsusi təyinatlı polis bölməsinin əməkdaşları gətirilib. Aksiya dağıdılarkən 200-ə yaxın etirazçı saxlanılıb.

***

Moskva polisindən TASS-a bildirilib ki, hüquq mühafizə orqanlarının əməkdaşları ev dustaqlığı cəzasının şərtlərini pozan Navalnını evə ötüürəcəklər.

***navalni - mitinq

Aleksey Navalnı Manej meydanında saxlanılıb. Bu barədə Korrupsiya ilə mübariz fondunun mətbuat xidmətinin rəhbəri Kira Yarmış Tvitterdə məlumat yayıb. Meydanda canlı yayımda da Navalnının Tverskoy küçəsində jurnalistlərlə söhbəti zamanı polislər tərəfindən saxlanıldığını görmək mümkün idi.

***

Rusiya paytaxtı Moskvanın mərkəzində – Manej meydanında Navalnı tərəfdarlarının mitinqi başlayıb.
Moskva məhkəməsi anti-korrupsiya bloggeri Aleksey Navalnı haqda 3.5 il şərti həbs cəzası vermiş, və sərbəst buraxılmışdı. Navalnı indi azadlığa çıxsa da eyni qərarla qardaşı Oleq 3.5 il yarımı məhbəsdə keçirəcək.
Məhkəmə onları maliyyə saxtakarlığında günahkar bilib. Daha öncə proses yanvarın 15-nə təyin edilmişdi, ancaq gözlənilmədən dekabrın 30-a keçirilib.

Bir çoxlarının fikrincə, Navalnının tərəfdarları Facebook şəbəkəsində yanvarın 15-nə mitinq təyin elədiklərindən, məhkəmənin tarixi dəyişdirilib. Bu qərardan sonra Facebookda yerləşdirilən elanda mitinqin də vaxtı dəyişib, dekabrın 30-na təyin olunan mitinqə sosial şəbəkələrdə artıq 17 mindən çox adam qatılacağını bildirmişdi.

~ tərəfindən Patriot 31/12/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma