AZADLIQ RADİOSU MÖHÜRLƏNDİ

azadliq-radio-axtaris

Sənədlər, möhür və avadanlıqlar müsadirə olundu; Praqa və Vaşinqtondan sərt reaksiyalar

«Bu, ölkə rəhbərliyinin əmri ilə «Azadlıq»ı susdurmağa yönələn qəddarlığın tərkib hissəsidir»

Baş Prokurorğulun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin bir qrup əməkdaşı dünən “Azadlıq” Radiosunun Bakı ofisində axtarışa başlayıb. Axtarış haqqında məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. Içəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilməyib və onlar ofisdən çıxarılıb. Axtarışa prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidlərinin iştirakı ilə başlanıb. Lakin vəkil Yalçın Imanovun təkidindən sonra radionun iki əməkdaşı axtarışda iştiraka qoşulub.

azadliq radiosuBaş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, ofisdə axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Lakin konkret hansı cinayət işindən söhbət getdiyini açıqlamayıb.

Axtarış zamanı prokurorluq əməkdaşları “Azadlıq” Radiosunun Bakı ofisində seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər. Bundan başqa ofisdən radioya məxsus yaddaş kartları, server kompyuteri, 2 notebook, fotoaparatlar və videokameralar müsadirə edilib. Möhür müsadirə edlidiyi üçün “Azadlıq” Radiosu xəbərdarlıq edib ki, radionun adından yayılan hər hansı sənəd və məktubun saxta olmaq ehtimalı var.

Axtarış başa çatdıqdan sonra ofisin qapısını möhürləyiblər.

Müstəntiq Sənan Paşayev möhürlənmə qərarını, aktın sürətini radionun təmsilçilərinə verməkdən imtina edib. Müstəntiq həmçinin mühafizə üçün polis əməkdaşlarını çağırıb. Ofis möhürlənərək polisə təhvil verilib.

“Bu hadisəni ”Azadlıq” radiosuna qarşı təxribat hesab edirik”

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu radionun Bakı bürosunun ofisində aparılan axtarışa münasibət bildirib. “Azadlıq” radiosunun Azərbaycan xidmətinin mərkəzi ofisi Çexiyanın paytaxtı Praqada yerləşir.

Praqadan “Media forum” saytına telefonla verdiyi açıqlamasında Kənan Kazımoğlu bildirib ki, Baş Prokurorluq onları radionun Bakı ofisində axtarış aparılacağı haqda əvvəlcədən məlumatlandırmayıb: “Qəfildən gəliblər büroya, radionun əməkdaşlarını bir otağa yığıblar, iş dayanıb. Nə axtardıqlarını bilmirik. Fakt odur ki, büronun işinə müdaxilə ediblər, media qurumunun normal fəaliyyətini pozublar, problem yaradıblar.

Biz bu hadisəni “Azadlıq” radiosuna qarşı təxribat hesab edirik və Bakı bürosunun işinin pozulması istiqamətində atılmış addım kimi qiymətləndiririk. Axtarış üçün dekabrın 26-nın seçilməsi təsadüfi deyil. Bu gün ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə istirahət günüdür, dövlət qurumları işləmir. Amma hamı bilməlidir ki, “Azadlıq” radiosu belə təzyiqləri çox görüb. Bakı bürosu fəaliyyətini davam etdirir və etdirəcək. Heç bir halda işimizi dayandırmaq fikrimiz yoxdur”.

Kənan Kazımoğlu deyib ki, “Azadlıq” radiosunun rəhbərliyi Bakı bürosunda aparılan axtarış barədə məlumatlıdır: “Həm Vaşinqton, həm də Praqada oturan rəhbərlik axtarışla bağlı məlumatlandırılıb. Baş Prokurorluğun bu addımına müvafiq reaksiya veriləcək”.

“Baş Prokurorluq bəyan edib ki, Bakı bürosunda aparılan axtarış Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Bu cinayət işinin mahiyyəti haqda məlumatınız varmı?” sualına Kənan Kazımoğlu belə cavab verib: “Ola bilər ki, Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində istintaq olunan hansısa cinayət işi var. Prokurorluğun işi cinayət işi qaldırıb onun istintaqını aparmaqdır. Bunun ”Azadlıq” radiosuna nə aidiyyəti olduğunu öyrənmək istəyirik. Bütün addımlara hüquqi qiymət verilməlidir”.

“Azərbaycan rejimi dəfələrlə bizi susdurmağa çalışıb”

“Azadlıq” Radiosunun rəhbəri Nenad Pejic Bakı ofisinə hücumu pisləyərək, Azərbaycan hakimiyyətini radiodan qisas almaqda ittiham edib: “Azadlıq” Radiosunun Bakı bürosuna olan hücum Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin kobudcasına pozulmasıdır. Ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addım “Azadlıq” Radiosunun susdurulmasına yönələn qəddar münasibətin tərkib hissəsi, müstəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir. Azərbaycan rejimi dəfələrlə bizi susdurmağa çalışıb. Lakin Azərbaycan xalqının azad informasiya almaq hüququnun təmin olunması üçün yaradılan “Azadlıq” Radiosu öz işini heç vaxt dayandırmayıb və bundan sonra da Azərbaycan xalqının azad informasiyaya çıxışını təmin etmək, auditoriyanının tələbatı olan xəbərləri yaymaq üçün öz işini davam etdirəcək”.

“Bu, alternativ informasiya mənbələrini bütünlüklə yox etmək cəhdidir”

Ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri “Azadlıq” radiosunun Bakı ofisi ilə bağlı baş verənləri Turan-a şərh ediblər.
Bütün şərhləri birləşdirən yeganə meyar baş verənlərə olan mənfi münasibətdir. Bundan əlavə, axtarışın belə kobud şəkildə aparılmasının ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsiri də şərhlərdə yer alıb.

Tanınmış jurnalist Şahvələd Çobanoğlu bu axtarışı ölkədə çoxdan başlanmış azad mətbuatın və alternativ informasiya qaynaqlarının sıaradan çıxarılması dalğasının növbəti addımı kimi dəyərləndirib. Şahvələd Çobanoğlu müstəqil hüquq müdafiəçilərinin, müstəqil QHT-lərin, müstəqil vəkillərin sıradan çıxarıldığını xatırladaraq, artıq növbənin “Azadlıq” radiosnun bağlanmasına çatdığını vurğulayıb. “Bu, rəsmi Bakının müstəqil düşüncəli insanları, alternativ informasiya mənbələrini bütünlüklə yox etmək cəhdidir”, – deyə Şahvələd Çobanoğlu baş verənlərə münasibət ifadə edib.

Fəaliyyəti dayandırılan “Ayna-Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı bu axtarışı vaxtilə qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra ofislərində aparılan axtarışla müqayisə edib. Elçin Şıxlı radionun ABŞ konqresi tərəfindən maliyyələşdirilməsini xatırladaraq, bu haqda radionun baş ofisini xəbərdar etməklə sivil qaydada axtarış aparmaq gərəkdiyini vurğulayıb. “Ola bilsin ki, bu axtarışın mahiyyətində elə bir ciddi şey yoxdur, amma bunun ”səs-küyü” çox olacaq”, – deyə Elçin Şıxlı bu axtarışın ABŞ-Azərbaycan arasında qalmaqala səbəb olacağına işarə edib.
Politoloq Zərdüşt Əlizadəyə görə, bu axtarış rəsmi Bakının fərqli düşünənləri, fərqli xəbər mənbələrini sıradan çıxarmaq siyasətinə bağlıdır. “Bunlar öz düşüncələrini, öz xəbər qaynaqlarını xalqa sırımaqla xalqı öz istədikləri virtual ”ədalətli” məkanlarına aparmaq istəyirlər”, – deyə Zərdüşt Əlizadə münasibət ifadə edib.

Hüquq müdafiəçisi Arzu Abdullayeva birmənalı olaraq bu axtarışı pisləyib. Ölkədə durumun müsbətə doğru dəyişməsini gözlərkən daha da mürəkkəbləşdiyini nəzərə çatdırıb. Onun fikrincə, bu axtarış artıq rəsmi Bakının Vaşinqtonla münasibətləri birbaşa pisləşdirmək yolu tutmasıdır. Arzu Abdullaya görə, hansısa qüvvələr sanki ölkəni ABŞ-la qarşıdurmaya sürükləyirlər. “Azərbaycanın ABŞ-la belə qarşıdurmaya getməsi bizi qorxudur, beynəlxalq aləmdə çəkingən duruma salır”, – deyə hüquq müdafiəçisi prosesə münasibət bildirib.

“Azadlıq” Radiosunun Bakı ofisi ətrafında baş verənlərə beynəlxalq mediada da geniş yer verilib. Nüfuzlu beynəlxalq nəşrlər o cümlədən “New York Times”, “Fox News” və KIV-lər “Associated Prees” agentliyinə istinadən baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Həmin materiallarda həbs olunan Xədicə Ismayılın da “Azadlıq” Radiosunun əməkdaşı olması xatırlanır və Bakı ofisində axtarış aparılan saatlarda onun məhkəməsinin keçirildiyi qeyd edilir.

~ tərəfindən Patriot 27/12/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: