RUS RUBLU SÜRƏTLƏ DƏYƏRİNİ İTİRİR

rubl

Rusiya iqtisadiyyatı çökür

Rubl görünməmiş sürətlə dəyərdən düşür; hökumətin gördüyü tədbirlər nəticə vermir

Dekabrın 17-i saat 03 radələrinə olan məlumata görə, birjalarda 1 dollar 73.5, 1 avro isə 94.7 rubla bərabər olub (satış qiyməti).
Günün sonuna yaxın dollar 76 rubla, avro isə 96 rubla satılıb.
Rusiyanın baş naziri Dmitri Medvedevin rəhbərliyilə hökumət maliyyə bazarında yaranan böhranı müzakirə edib. Müzakirənin heç bir müsbət təsiri olmayıb. Bu toplantıdan sonra Rusiyanın milli valyutası dollara nisbətdə daha 3 rubl ucuzlaşıb.

Axşam saatlarında dollar 81, avro 100 rubl civarında olub.

Rusiya Mərkəzi Bankı valyuta bazarındakı vəziyyəti kritik qiymətləndirir. Bankının sədr müavini Sergey Şvetsov maliyyə bazarları üzrə dəyirmi masada bildirib ki, belə vəziyyət yaranacağını heç cür proqnozlaşdıra bilməzdilər.

“Vəziyyət kritikdir. Baş verənləri bir il əvvəl hətta yuxuda belə görə bilməzdik. Təəssüf ki, maliyyə bazarımızın qısamüddətli perspektivlərini həmişə qabaqcadan görə bilmirik. Maliyyə bazarının əksər iştirakçıları hadisələrin nəticəsi olaraq ağır vəziyyətə düşüblər. İnanın ki, Mərkəzi Bankının Direktorlar Şurası ən pislər arasında seçim edib”, – deyə Şvetsov Mərkəzi Bankın faiz dərəcəsini 10,5-dən 17-ə qaldırmasını nəzərdə tutaraq bildirib.

Dekabrın 16-ı Rusiya iqtisadiyyatı üçün ağır zərbə ilə açılıb. Rublun dollar və avroya nisbətdə məzənnəsi kəskin aşağı düşüb. Günün əvvəlində 1 dollar 58 rubldan, 1 avro isə 72 rubldan baha olub. Rusiya Mərkəzi Bankı təcili tədbir kimi kommersiya bankları üçün faiz dərəcəsini 10.5-dən 17-ə qaldırıb. Bundan sonra rubl nisbətən möhkəmlənsə də, məzənnəni stabil saxlamaq mümkün olmayıb. Gün ərzində rubl həm dollara, həm də avroya nisbətdə sürətlə ucuzlaşıb.

Maliyyə mütəxəssisləri bildiriblər ki, Rusiya Mərkəzi Bankının faiz dərəcəsini 17-ı qaldırması bank sisteminin sonu deməkdir. Belə ki, bu halda banklar kredit kompaniyaları üçün stavkanı 20%-ə qaldıracaqlar. İqtisadiyyat belə stavka ilə işləyə bilməz, real sektor üçün bu, ölümdür. Mütəxəssislər hesab edirlər ki, 2015-ci ilin birinci kvartalından başlayaraq banklar bir-birinin ardınca bağlanacaqlar.

Rusiya mediası baş verənlərə görə dekabrın 16-nı “qara gün” adlandırıb.

Artıq günorta saatlarında 1 dollar 76, 1 avro isə 96 rubla bərabər olub. Bakı vaxtı ilə saat 17 radələrində 1 avro bazarda 110 rublu keçib. Dollar isə orta hesabla 85 rubla bərabər olub.

Rusiyanın müxalifət lideri Boris Nemtsov yaşanan iqtisadi tənəzzülə görə Putin rejimi tənqid edib.

“Dollar və avronun bugünkü kursu Putinizm üçün ölüm hökmüdür. “Krımnaşistlər” (Krımın ilhaqını dəstəkləyənlər nəzərdə tutulur – red.) və Ukrayna ilə müharibə tərəfdarları qəbul etməlidirlər ki, paranoiki, oğru və yalançını dəstəkləməklə Rusiya iqtisadiyyatı və maliyyə sisteminin çöküşünü yaxınlaşdırdılar. Özünüzdə cəsarət tapın və etiraf edin. Səhv etdiyinizi və bundan sonra bu eybəcəri (Putin nəzərdə tutulur – red.) dəstəkləməyəcəyinizi deməkdən qorxmayın. Bununla Rusiyanın və özünüzün maraqlarını qorumuş olacaqsınız”, – deyə o facebook səhifəsində yazıb.

Rusiya hökumətinin başçısı Dmitiri Medvedev isə Uzaq Şərqin inkişafı üzrə komissiyanın iclasında deyib ki, maliyyə bazarında yaranan böhranı bu gecə müzakirə edəcəklər.

Bu arada, neftin qiymətində də enmə qeydə alınır. “Brent” markalı neftin qiyməti iyul ayından bəri ilk dəfə olaraq 60 dollardan aşağı düşüb. London birjasında “Brent” markalı neftin 1 bareli 59 dollara satılıb. WTI markalı neft isə 55,19 dollara olub.

~ tərəfindən Patriot 17/12/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma