PUTİN SİYASƏTİNİN BƏDƏLİ

obama_putin_ukraine

Putin və Rusiya iqtisadiyatının çöküşü

Mühafizəkarların düşərgəsində müəyyən bir qism siyasətçilər vardır ki, onlar Rusiya prezidenti Vladimir Putini bütün parametrləri ilə Barak Obamadan üstün və eyni zamanda incə bir strateq kimi təsvir edirdilər.

Bu mövqe, Krımın ilhaqından və Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləyə başlamasından sonra, daha da güc qazanmışdı. Həmin baxışların mərkəzi bazası Mitt Romninin düşərgəsi sayılır. Çünki hələ özünün prezidentlik uğrundakı seçki kampaniyası zamanı M.Romni Obamanın apardığı xarici siyasəti tənqid edərək, onu sadəlövhlükdə günahlandırdı. M.Romni öz çıxışlarında Rusiyanı ABŞ üçün bir nömrəli təhlükə adlandırırdı. Amma belə yanaşmalara son dövrlərdə daha nadir hallarda rast gəlinir ki, bunun da əsaslı səbəbləri var. Putinin Ukraynadakı hərəkətləri mütləq mənada həm diplomatik və həm də ki, iqtisadi baxımdan fəlakətlə nəticələnib. Əgər biz Rusiyanın daxili vəziyyətindən söz salsaq, onda deyə bilərik ki, çox tezliklə Putin öz mövqeyindən məhrum ola bilər. Rusiya üzrə tanınmış ekspert Anders Aslund rus iqtisadiyyatının indiki vəziyyətinin ümidsiz olmasını düşünür. Aslund bildirir ki, onun Rusiya iqtisadiyyatına baxışı xeyli pessimistdir.

Aslundun fikrinə görə Rusiyaya qarşı “üçqat” zərbə vurulub.

Birincisi – Söhbət proteksionizm və tayfa-klan kapitalizmini özündə birləşdirən daxili siyasətdən gedir. Bu xüsusda Putinin kleptokratiyası(oğruların hakimiyyəti) çiçəklənir.

İkincisi – Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalar rus iqtisadiyyatına ciddi ziyan vurur. Nəticədə Rusiyanın xarici borcunu yenidən maliyyələşdirmə siyasətini həyata keçirmək mümkün olmur və hökumətin əlindəki valyuta ehtiyyatı sürətlə əriyir.

Bütün bunların hamısı Rusiya üçün “ÜÇ NÖMRƏLİ” zərbə sayılan neft qiymətinin aşağı düşməsinin öhdəsindən onun iqtisadiyyatının gələ bilməsini mümkünsüz edir. Rublun məzənnəsinin aşağı düşmə trayektoriyası, neftin qiymətinin aşağı düşmə trayektoriyasını təkrarlayır. Ona görə də, müəyyən mənada neftin qiymətinin aşağı yuvarlanmasını Rusiya iqtisadiyyatına münasibətdə “neytral təsir” də adlandıra bilərik. Lakin bu yalnız nisbətən belədir. Aslund bu barədə yazıb: ”Əsas problem – iqtisadi artım tempinin və həyat səviyyəsinin aşağı düşməsidir. Aşağı məzənnəli rubl proteksionizm siyasəti ilə birlikdə hazırda 8,5% təşkil edən infliyasiyanı yüksəldəcək. Belə bir şərait ölkədəki kapital axınının sürətinə vüsət verəcək. Əgər bu ilin əvvəlində Rusiya iqtisadiyyatının böyümə tempi 2,5% səviyyəsində proqnozlaşdırılırdısa, indi bu göstəricinin sıfıra yaxınlaşması barəsində danışılır”.

Putin son gücü ilə yaranmış vəziyyətə nəzarət etməyə cəhd göstərir. Keçən həftə o, Rusiya Federal Məclisində “Ekonomist” jurnalının “peyğəmbərcəsinə müraciət” adlandırdığı müdafiə xüsussiyyətli çıxışında, Rusiyanın bütün bədbəxtçiliklərinin arxasında Amerikanın düşmənçilik və qısqanclıq siyasətinin dayandığını bəyan etmişdi. Ancaq Rusiyanın problemləri çox aydın görünür və onları həyat səviyyəsinin kəskin düşməsini müşahidə edən və artıq müharibədən də usanmış sadə vətəndaşlardan gizlətmək xeyli mürəkkəbləşir.

Rusiya hakimiyyətinə olan böyük inam sürətlə zəifləyir. İqtisadi geriləmə durdurulmadığı təqdirdə Putin mütləq hərəkətə keçməlidir. Vəziyyətdən ilk çıxış yolu kimi ruslar, Ukrayna ərazisini təcili tərk etməlidirlər. Putinin atacağı belə bir addım sanksiyaların dayandırılmasına yol aça bilər.

~ tərəfindən Patriot 17/12/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma