MOSKVANI QORXUDAN YENİ ABŞ RAKETLƏRİ (VIDEO)

X-37 b

ABŞ Rusiyanı vurmaq üçün 7 min raket hazırlayır

“Almaz-Antey” Hava Hücumundan Müdafiə (HHM) konserninin baş konstruktoru Pavel Sozinov Rusiya HHM 100 ilik yubileyi ilə əlaqədar təşkil olunan mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib. O, jurnalistlərə bildirib ki, hazırda Rusiya üçün əsas təhlükə Amerikanın qanadlı raketlər vaistəsilə  kütləvi hücumlar təşkil etmə imkanlarını genişləndirməsidir.

Sozinoun sözlərinə görə, ilk zərbənin vurulması üçün qanadlı raketlərin sayının artırılması məqsədi ilə ABŞ bir neçə proqram həyata keçirir: “ABŞ-ın hazırladığı dənizlərdə hərbi  bazaların yaradılması proqramının 2015-16-cı illərdə həyata keçirilməsi nəzərdə tutulub. Bu proqmın reallaşması ABŞ-ın qısa müddətdə Rusiya Federasiyasının mühüm obyektlərinə, ümumən 6,5-7 min ədəd qanadlı raket zərbəsi vurmağına imkan yaradır. Həmçinin onu da qeyd etməliyəm ki, onların 5 minə yaxını dənizdəki bazarlada yerləşdirilib.  ABŞ-ın “Ohio” (Ohayo) sinfinə məxsus olan atom sualtı qayıqlarının hər biri öz bortunda 154 qanadlı raket daşıya biləcək imkana malikdir. Bu ilkin fazada kütləvi  zərbələrin endirilməsi üçün böyük potensialdır”.

Baş konstruktor bildirib ki, qanadlı raketlərin kütləvi hücum formasında istifadə edilməsi, Rusiyanın bütün strateji nüvə obyektlərinə böyük həcmli təhlükələr yaradır. Onun sözlərinə görən 2020-ci ilə qədər ABŞ-ın yeni döyüş başlıqlarına və daha müasir silahlara sahib olmasını da nəzərə aldıqda, bu təhlükənin miqyası daha da böyüyür:

“Yaxın gələcəkdə, ilk növbədə orta mənzilli uçuş aparatları təkmiləşdiriləcək. Döyüş başlıqları ilə birlikdə müxtəlif manevr elementlərini həyata keçirən ballistik raketlərin  nəzərdə tutulan hədəflərə qeyri-ənənəvi üsullarla  zərbə endirməsi  texnikası daha da artırılacaq. Həm nüvə, həm də  adi döyüş başılıqları daşıyan raketlər təkmilləşdirilməsi nəticəsində  kosmik-hava hücum silahlarının döyüşlərin gedişini büsbütün dəyişməyə imkan verəcək səviyyəyə çatdıralacağı uzaqda deyil. ”

Nümunə kimi Sozinov Amerikanın üzərində işlədiyi yeni proqramları göstərib.  Söhbət  səsdən hiper iti sürətlə uçan orta mənzilli “Falkon” və “X-37”aparatlarından gedir.

Onun sözlərinə görə, ABŞ-ın həyata keçirdiyi yeni proqram “X-37″-nin  uçuş sürətini və məsafəsinin artırılmağa, daha çox döyüş başlığı daşımasına imkan verəcək.  Bundan əlavə “Falkon” və “X-37”aparatları  manevr etməklə uçuşun orbital parametlərini dəyişdirmək qabiliyyətinə malik olacaqlar. Daha dəqiqi isə həmin  aparatlar,maneəyə rast gəldikdə hədəfə çatmaq üçün öz uçuş istiqamətlərini  dəyişdirmək proqramını işə salırlar .Bu isə faktiki olaraq onların qarşısının alınmasını mümkünsüz edir.

İran və Liviyada hərbi əməliyyatları təhlil edən rusiyalı ekspertlər hesab edir ki, Rusiya ABŞ ordusunun arsenalında olan qanadlı raketlərlərin istifadəsini əsas problem kimi görür. Ekspertlərin sözlərinə görə, Birləşmiş Ştatların həyata keçirdiyi silahlanma 2015-2016-cı illərdə Rusiyanın əsas obyektlərinə çıxış üçün 6,6-7 min əldə etməyə imkan verəcək.

~ tərəfindən Patriot 11/12/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma