ABŞ ENERJİ SAHƏSİNDƏ İNQİLABA HAZIRLAŞIR

abs

Diktatorların nefti daha heç kimə lazım olmayacaq

«Dünyanın enerji açarı kimin əlində olursa, dünyanı o da idarə edir. Hazırda bu Böyük Açar Barak Obamanın əlindədir»

Bir müddət əvvəl SNN Çində keçirilən sammitə dair maraqlı məqalə yayımlamışdı. Müəllif Co Şia “OPEK-in sammitindəki siqnallar böyük dəyişikliklərdən xəbər verir” başlıqlı məqalədə sammit zamanı müxtəlif ölkələrin liderlərinin davranışlarını təhlil edib. Xüsusi olaraq qeyd edib ki, sammitdə ABŞ prezidenti Barak Obamaya münasibət xeyli fərqli olub. Müəllif xüsusən Çin prezidentinin Obama ilə görüşməsi səhnəsini təsvir edir. Eyni zamanda, Barak Obamanın da olduqca arxayın görünməsinə diqqət çəkir.

Co Şia bütün bunların arxasında duran mətləbləri açarkən qeyd edir ki, məsələ yenə də enerji və onun qiymətlərilə bağlıdır:
“Çoxları hələ bunu bilmir – lakin soyuq sintez üsulu ilə enerji alınması məsələsi artıq reallığa çevrilməkdədir. Belə olduğu halda, neft və qaz, kömür və nüvə enerjisi – bütün bunlar lazımsız məhsullara çevriləcək. Soyuq sintez, başqa sözlə, kiçik enerjili nüvə reaksiyası deməkdir. Isti sintez ilə məşğul olan alimlər illərlə çalışsa da, bu işə on milyardlarla vəsait ayırsa da, bir neçə milyona başa gələn soyuq sintez nəticələrini ala bilmədilər. Soyuq nüvə sintezi artıq reallıqdır.

Isveç Kral Akademiyasında Nobel mükafatı komitəsinə rəhbərlik edən tanınmış alimləri italiyalı mütəxəssis, hazırda Amerikada yaşayan və işləyən Andrea Rossinin icad etdiyi qurğunu yoxlayıblar. Kral Akademiyası həmçinin tədqiqatın maliyyələşdirilməsinə də yardım edib. Fizika üzrə Nobel laureatı Brayan Cozefson bu tədqiqatı qəbul etməyən həmkarlarını kəskin tənqid edib.

Bu alimlər Rossinin iştirakı olmadan 8 duym uzunluğunda və bir funt çəkisi olan qəliz konstruksiyalı boru vəsitəsilə 32 gün ərzində cəmi bir neçə qram yanacaq istifadə etməklə, 1500000 Vt/saat istilik generasiya edə bildilər. Sınaq bitdikdə isə götürülmüş bir neçə qram yanacağın da böyük qismi konstruksiyada qalmışdı.

Bu borulardan bir neçə min ədəd istifadə olunsa, dünyanın enerjiyə olan tələbatı ödənilə bilir. Bizə yenə neft lazımdır – plastmas və sürtgü materialları almaq üçün, lakin çox az.

Bu baxımdan, ən çox uduzan Vladimir Putindir – daha onun qazı və ya nefti əvvəlki qədər qiymətli məhsullar olmayacaq.
Bəs Çin necə? Onlar tənbəl deyillər. Onlar “Enercy Catalyser” adlı soyuq sintez cihazını görən kimi ABŞ-ın “Industrial Heat” şirkətinin lisenziyası əsasında onun istehsalına başladılar.

Çində bu işlə prezident ciddi məşğul olur və orada bu cihazların istehsalı üçün yeni sənaye zonası yaradılıb, hətta ola bilsin, artıq istehsal edilir də. Rossi bu cihazları Şimali Karolina ştatında istehsal edir və onların faydalı iş əmsalı 11-ə bərabərdir. Yəni, alınan enerji ona sərf olunandan 11 dəfə artıqdır.

Soyuq sintez üsulu enerji alınması məsələsi Bill Qeytsi də maraqlandırıb. Onun bu işə 1 milyard dollar ayırdığı xəbəri təsdiqini tapmasa da, ən müxtəlif yerlərdə keçirilən və soyuq sintezlə bağlı olan tədbirlərdə fəal iştirakı bunu deməyə əsas verir. Dünyanın ən varlı adamlarından biri olan Bill Qeytsin investisiya qoyacağı şübhə doğurmur. O, bu yaxınlarda öz bloqunda yazıb: “Bizə möcüzələrdən alınan enerji gərəkdir. Mən əminəm ki, elm və texnika ekoloji təmiz enerji alınması məsələsində nailiyyət əldə edərək, dünyanın enerjiyə artan tələbatını təmin edə biləcək. Bu işlər zaman tələb edir, ona görə də dərhal başlamaq lazımdır”.

Indi anlaşılır ki, dünya liderləri nədən ABŞ prezidentinə belə diqqət göstərir. Əslində, onlar diz üstə yalvarırlar ki, öz enerji məsələlərini həll edincə dünyanı E-Cat ilə doldurmasın”.

Məqalənin sonunda müəllif Mats Levanın əsərindən sitat gətirərək yazır: “Dünyanın enerji açarı kimin əlində olursa, dünyanı o da idarə edir. Hazırda bu Böyük Açar Barak Obamanın əlindədir”.

~ tərəfindən Patriot 01/12/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma