QARABAĞ QAZİSİ HEBS OLUNDU

asif yusifli

Bir gün əvvəl “yoxa çıxan” Asif Yusifli “Bandotdel”dən tapıldı

AXCP sədri Əli kərimli: «Bu da bunların “Qarabağ sevgisi”»

Asif Yusifli barədə məlumat əldə etmək mümkün olub. AXCP-dən verilən məlumata görə, bu dəqiqələrdə Nərimanov məhkəməsindən bir vəkil partiya üzvlərindən birinə zəng vuraraq bildirib ki, Asif Yusiflini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sanksiya üçün Nərimanov məhkəməsinə gətirdilər və haqqında 4 ay həbs qəti imkan tədbiri seçildi. Maddələr dələduzluq və sənədlərin saxtalaşdırılması. A. Yusiflini daha sonra yenə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarıblar, ordan da Kürdəxanıya göndərəcəklər.

***

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi və vəkil Asif Yusifli yoxa çıxıb. Bu barədə onun partiyadaşları sosial şəbəkələrdə məlumat yayıb. Məlumatlarda deyilir ki, Asif Yusifli evdən çıxıb, bir ofisə iş üçün gedib. Qayıtdıqda onu aparan maşının sürücüsü siqaret almaq üçün mağazaya girib. Sürücü mağazadan çıxdıqda Asif Yusiflinin maşında olmadığını görüb.

Sürücü Asif bəyin tanışı olub. O, dərhal Asif bəyi axtarıb. Lakin tapa bilməyib. Asif bəyin telefonu da söndürülmüş olub.

Qeyd edək ki, Asif Yusifli bu günlərdə ayağından əməliyyat olunub və iki qoltuq ağacı ilə hərəkət edir. Bu baxımdan onun maşından öz hərəkəti ilə aralanması belə, güman olunmur.

Asif Yusiflinin yoxa çıxdığı barədə dərhal polisin 102 xidmətinə məlumat verilib. Lakin dünən axşamdan indiyədək məsələyə heç bir rəsmi münasibət yoxdur.
Hələlik adam oğurluğu deyə biləcəyimiz bu hadisəyə hüquq-mühafizə orqanlarının səssiz münasibəti ciddi təəccüb və şübhə doğurur. Dövlət orqanları hər bir vətəndaşın təhlükəsizliyinə cavabdeh olmalıdır, hər halda. Asif Yusifli isə tanınmış ictimai-siyasi xadimdir. Onun yoxa çıxdığı barədə partiya yoldaşları bütün müvafiq orqanlara məlumat veriblər. Partiyadan bildirilir ki, qarşılaşdıqları tam bir biganəlikdir. Heç bir qurumdan Asif Yusiflinin taleyi ilə bağlı sorğuya cavab alamq mümkün olmur.

AXCP Asif Yusiflinin həyatından ciddi şəkildə narahatdır. Partiya tələb edir ki, müvafiq dövlət orqanları onun hara yoxa çıxdığı haqda dərhal izahat versin.

Maraqlıdır, bəlkə, Asif bəyi erməni kəşfiyyatı oğurladıb? Yəni bu ölkədə dövlət yoxdur? Adamlarla münasibəti qanqstersayağı ayırd edirlər? Dövlət orqanlarını vecinə almadan buna cürət edənlər kimdir? Yoxsa Hacı Məmmədov yenidən peyda olub?

Yox əgər, Asif Yusiflini hüquq-mühafizə orqanları saxlayıbsa, bunu normal şəkildə demək, filan suçun da artıq onun üçün hazır olduğunu bildirmək daha doğru olmazmı? Vətəndaşa və dövlətə belə saymazyana münasibət nəyə lazımdır?

AXCP sədri Əli kərimli: «Bu da bunların “Qarabağ sevgisi”»

eli_kerimliƏli Kərimli Facebook səhifəsində partiyanın Rəyasət Heyətinin üzvü Asif Yusiflinin həbsinə münasibət bildirib:

AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli dünəndən oğurlanmışdı, yoxa çıxmışdı. İndi məlum olur ki, Asif bəyi də oğurlayan dövlət orqanları olub.
Ona qarşı da hansısa cinayət işi düzüb –qoşublar. Həbs ediblər Asif bəyi. Ali hüquq təhsilli Asif Yusifli Qarabağ savaşına könüllü getmişdi. İndi ölkəni yönəldənlərin hərəsi bir tərəfdə fərarilik edəndə Asif bəy əlində silah Qarabağ üçün savaşırdı. Bu savaşda yaralandı, bədəninin bir parçasını torpaq uğrunda savaşda itirdi. Asif bəy Qarabağ savaşından sonra da hər zaman haqqı pozulanların yanında olub. AXCP Rəyasət Heyəti üzvü kimi haqsız, ədalətsiz, saxtakar rejimlə mübarizənin ön xəttində olub. Hüquqşünas kimi də yüzlərlə, minlərlə hüququ pozulan soydaşımızın hüquqlarını qoruyub. Qarabağ qazisi olaraq hökumətin Qarabağ qazilərinə və veteranlarına biganə münasibətinə etiraz edib. Və nəhayət, bu gün vətən qarşısındakı bu xidmətlərinə görə şərlənərək, həbs olunub. Asif bəy düşmənlə savaşdan mərdliklə çıxmış bir igiddir.
Əminəm ki, bu yolda çoxlu məhrumiyyətlər yaşasa da, sonda ölkəmizin taleyi uğrunda apardığı mübarizədən də qələbə ilə çıxacaq.

 

~ tərəfindən Patriot 26/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma