“AXCP ZƏRRƏ QƏDƏR DƏ GERİ ÇƏKİLMƏYƏCƏK”

axcp

Partiya üzləşdiyi son repressiya dalğası ilə bağlı bəyanat verdi

AXCP son zamanlar üzləşdiyi təzyiqlərlə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Azərbaycan hakimiyyəti AXCP-yə qarşı basqıları son vaxtlar yenidən gücləndirib. Partiyanın zaman-zaman məruz qaldığı repressiya artıq daha idbar formada həyata keçirilir. Partiya fəalları və onların ailə üzvləri şərlənərək həbs olunur, sözün həqiqi mənasında girov götürülür.

Partiyaya qarşı bu cür qanunsuz və mənəviyyatsız hərəkətlərin ən sonuncusu noyabrın 17-də həyata keçirilib. AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli heç bir günahı olmadan saxlanaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) aparılıb və bir gün sonra narkotiklə şərlənərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Sənan Daşdəmirli siyasətdən kınar şəxsdir və onu atasının siyasi fəaliyyətinə görə həbs etdikləri şübhə doğurmur. Rafiq Daşdəmirli AXCP-nin təşkilati-texniki işlərində mühüm rol oynayır. Siyasi mübarizədə prinsipial şəxslərdən biridir. O, Milli Şuranın mitinqlərinin təşkilində də xüsusi rolu ilə fərqlənib. Görünür, bütün bunlar hakimiyyətin onu hədəf seçməsinə səbəb olub. Rafiq bəy oğlunun həbsindən əvvəl də AXCP-dən və ümumiyyətlə siyasi fəaliyyətdən imtina etməli olduğuna işarə vuran təxribatlarla üzləşib, amma yolundan dönməyib. Oğlunu saxlayarkən də ona siyasi mövqeyi ilə bağlı şərt irəli sürüblər. Lakin Rafiq bəy yenə də şərti qəbul etməyib və nəhayətdə Sənan Daşdəmirli həbsə məhkum edilib. Bu mənada Sənan Daşdəmirlinin atasına görə girov götürüldüyünü demək olar.

Təəssüf ki, AXCP özünə qarşı hakimiyyətdən bu cür qanqsterlərə xas davranışı ilk dəfə görmür. Partiya sədri Əli Kərimlinin qayını məhz ona görə hələ də həbsxanada faktiki girov saxlanılır. AXCP Mətbuat Xidmətinin rəhbəri, jurnalist Natiq Ədliovun qardaşı Murad Ədilov da məhz qardaşının prinsipial siyasi mövqeyinə və fəallığına görə narkotiklə şərlənərək həbs olunmaqla girov götürülüb.

Son vaxtlarda AXCP-nin daha bir neçə fəalı şərlənərək uzunmüddətli inzibati həbslərə məruz qalıb, cinayət məsuliyyətinə cəlb olunub. Bunlar AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü İlkin İsmayıllı, GK-nın Göyçay şöbəsinin üzvü Məhəmməd Mirzəli, patiya fəalı, jurnalist Xalid Qarayev və AXCP Naxçıvan MR Culfa rayon şöbəsinin üzvü Hicran Qasımovdur. Əvvəlki üç fəal 10-25 sutka müddətinə inzibati həbsə məhkum edilib, Hicran Qasımov barəsində isə cinayə işi açılaraq, 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

AXCP Hicran bəyin şərlənərək həbs olunmasını fərqləndirərək, Azərbaycandakı avtoritar üsul-idarənin Naxçıvanda daha qəddar formada həyata keçirildiyini xatırlatmaq istəyir. Hicran bəy noyabrın 3-də həbs olunub, lakin ailəsi onun həbs olunduğunu bir neçə gün sonra öyrənə bilib. Bir neçə gün ərzində Hicran Qasımov faktiki oğurlanaraq gizlədilib, onun itkin düşdüyü ehtimalları yaranıb. Hicran bəyin saxlanarkən polisdə işgəncəyə məruz qaldığı, ona zorla hansısa izahatlara imza atdırmaq istədikləri haqda xəbərlər var. Ailə üzvlərinə nə onun vəziyyəti və saxlanma şəraiti barədə məlumat verilir, nə də onunla görüş imkanı.

AXCP bəyan edir ki, ona qarşı bütün bu son hücumlar bilavasitə hakimiyyətin acizliyindən, cəmiyyəti tam ram edə bilmədiyini anlamasından irəli gəlir. Təsadüfi deyil ki, yeni hücum dalğası məhz Milli Şuranın oktyabr-noyabr aylarında keçirdiyi mitinqlərdən sonra başladı. Görünür, hakimiyyət həmin mitinqlərdən özü üçün ciddi nəticələr çıxarıb və onların əsas təşkilatçısı kimi çıxış etmiş AXCP-dən qisas almağa qərar verib.

AXCP bildirir ki, hakimiyyət yeni repressiyalara ölkədə siyasi məhbus problemini həll etmək niyyətində olmadığını göstərir. Deməli, yerli ictimaiyyətin və beynəlxalq birliyin təzyiq-tələbləri ilə siyasi məhbuslarla bağlı işçi qrup yaradılmasına razılıq verməklə əslində vaxt udmaq, üzləşdiyi təzyiqləri səngitmək istəyir. Bu, həm də o deməkdir ki, Azərbaycan hakimiyyəti məhz siyasi məhbus mövzusunda ona olan tənqidlərdən düzgün nəticə çıxarmır, labüdən həbsdən azad edəcəklərinin yerini yeniləri ilə doldurmağa hazırlaşır. AXCP xüsusən də beynəlxalq birliyə çağırış edir ki, bunu nəzərə alsın və problemin həlli üçün Azərbaycan hakimiyyəti ilə daha sərt və güzəştsiz dildə danışsın.

AXCP eyni zamanda Azərbaycan hakimiyyətinə artıq dəyişməz siyasətinə çevrilmiş həbslər və təqib-təzyiqlərlə xalqın etiraz səsini boğa, xüsusən də bu partiyanı özünün prinsipial mövqeyindən çəkindirə bilmədiyini nəhayət anlamağa çağırır. Hakimiyyət belə hərəkətlərlə yalnız cəmiyyətdə qarşıdurmanı gücləndirdiyini, bunun zərərli nəticələrindən isə ilk növbədə özünün ziyan çəkəcəyini başa düşməli, dövlətin və xalqın qarşısındakı məsuliyyət hissini dərk etməlidir.

AXCP bir daha bəyan edir ki, özünə qarşı repressiyalara görə xalqın mənafeyindən, demokratik, azad cəmiyyət quruculuğu uğrunda mübarizədən zərrə qədər də geri çəkilməyəcək. AXCP bu mübarizədən avtoritar hakimiyyətin məğlubiyyətlə çıxacağı günün uzaqda olmadığına inanır və Azərbaycan xalqını öz mənafeyini daha fəal şəkildə müdafiə etməyə çağırır”.

~ tərəfindən Patriot 23/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma