«BAŞ VERƏNLƏR HAKİMİYYƏTİN AQONİYASINDAN XƏBƏR VERİR»

azerbaycan polis

Azərbaycanda 37-ci ilin repressiya maşını yenidən işə düşüb

Ziyalılar hakimiyyətin siyasi rəqibləri ailə-uşaq sınağına çəkməsini lənətlədi

Azərbaycanda azad fikirli insanlara qarşı repressiya bir mübarizə metodu seçilib. Ən dəhşətlisi budur ki, bu hakimiyyət bu cür insanların özlərilə yanaşı, onların yaxınlarını da repressiyaya məruz qoyur.

Özü də qadın-uşaq demədən… AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilova görə qardaşı Murad Ədilovun narkotiklə şərlənərək həbs olunması, Milli Şuranın sədri Cəmil Həsənliyə görə qızının başına gətirilənlər, Gültəkin Hacıbəylinin 9 yaşlı övladının, Milli Şura üzvü Oqtay Gülalıyevə görə yenə övladının məhkəmələrə çəkilməsi və son olaraq, AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin yaşadığı evin qarşısında həbs olunması bu hakimiyyətin öz rəqibləri, tənqidçilərilə necə davrandığının göstəricisidir.

Siyasi əqidəsinə görə insanların yaxınlarının, övladlarının təzyiqlərə məruz qoyulması, həbsə atılması hansı məntiqə sığır?

Tanınmış vəkil Vidadi Mirkamal deyir ki, Avropaya inteqrasiya etmək istəyən dövlətdə belə hadisələrin baş verməsi ağlasığmazdır. Onun sözlərinə görə, demokratik dövlətlərdə iqtidarla yanaşı, müxalifət də, vətəndaş cəmiyyəti də mövcud olmalıdır. Çünki cəmiyyət təkcə hakimiyyət və onun tərəfdarlarından ibarət ola bilməz: “1993-cü ildən bəri hakimiyyət bütün səyləri müxalifəti, azad düşüncəli insanları susdurmağa yönəldib. Korrupsiya və saxtakarlığı açıb deyən, onları cəmiyyətə çatdıran insanlara qarşı repressiyalar başlayıb. Nəinki həmin şəxsləri, onların qohum-qardaşını da hədələyir, susdurmağa çalışırlar. Müxalifətdə olan ziyalılara, gənclərin hamısına qarşı basqılar var. Bizi də, övladlarımızı da çalışmağa qoymurlar. Müxalif düşüncəsi olub, hansısa partiya mənsubiyyəti olmayanlar da bu təpkilərdən kənarda qalmır. Bu formada, belə münasibətlə Azərbaycan heç vaxt demokratik dövlət ola bilməyəcək”.

Vidadi Mirkamal onu da qeyd edir ki, hakimiyyətin yürütdüyü bu siyasət bir müddət sonra onların özünə qarşı yönələcək: “Cəmiyyətdə barışıq, demokratik əhval-ruhiyyə istəməyin yolu bu deyil…”

Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev də deyir ki, Azərbaycanda sanki ötən əsrin 30-cu ili təkrarlanır. Onun sözlərinə görə, hətta o illərdə də azad fikirli insanların ailə üzvlərinə qarşı bu tərzdə təzyiqlər olmayıb: “Bütün bunların hamısı hazırkı hakimiyyətin aqoniyasından xəbər verir”.

~ tərəfindən Patriot 22/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma