BRİTANİYA MEDİASI AZƏRBAYCANDA DESPOT HAQDA YAZDI

The Independent-eliyev

Şahzadə Endryu Azərbaycan rəhbəri ilə görüşdüyü üçün ölkəsində yenidən “topa tutuldu”

Böyük Britaniya krallığının şahzadələrindən biri, York Hersoqu Endryu növbəti dəfə ölkə mediasının tənqid hədəfinə çevrilib. Bu dəfəki tənqid səbəbi də onun Azərbaycan rəhbəri İlham Əliyevlə görüşməsidir. Bundan öncə Britaniyanın tirjalı qəzetlərindən olan “The Guardian”, “The Daily Mail” və digərləri şahzadə Endryunu insan haqlarını, söz və fikir azadlığını kobudcasına pozan rejim rəhbərləriylə sıx əlaqələrinə görə hədəf seçmişdi. York Hersoqunun Azərbaycan rəhbəri İlham Əliyevlə biznes və şəxsi əlaqələri zaman-zaman kəskin tənqid olunub. Nüfuzlu media qurumları şahzadə Endryunun dostluq etdiyi İlham Əliyevi “qəddar diktator”, “neftdə çimən diktator” kimi qələmə veriblər.

Bu dəfə də İngiltərədə tirajlanan və dünyanın nüfuzlu mətbu orqanlarından biri hesab edilən “The İndependent” qəzetində Britaniya şahzadəsi Endryu ilə İlham Əliyevin dostluğundan bəhs edən məqalə yayımlanıb. Şahzadənin İlham Əliyevlə görüşmək üçün Bakıya səfər etdiyi vurğulanan məqalə “York hersoqu azərbaycanlı despot İlham Əliyevlə 12-ci dəfə görüşür” başlığıyla dərc olunub. Məqalədə deyilir ki, York Hersoqu noyabrın 12-də “Azərbaycanın milyarder lideri ilə üz-üzə görüşmək üçün” Bakıya gəlib.

Qəzet yazır ki, Britaniya kral ailəsinin “despot rejimlərlə münasibətlər qurması və inkişaf etdirməsi” narahatlıq doğurur. “Endryunun Bakıya 4 günlük səfəri çərçivəsində İlham Əliyevlə təkbətək görüşü olacaq. Halbuki beynəlxalq ictimaiyyət neft və qazla zəngin keçmiş sovet ölkəsində insan haqları fəallarına qarşı münasibəti sərt dillə tənqid edir. Şahzadənin Azərbaycana hansı təmsilçiliklə getdiyi bəlli də deyil. York Hersoqu İlham Əliyev və ona bənzər liderlərlə dostluğuna görə qınanandan sonra Böyük Britaniyanın ticarət təmsilçisi postundan istefa verdi. Şahzadənin səfərinin tənqid olunmasına mövqeyi öyrənilən Bukinqem sarayı bildirib ki, kral ailəsinin “şəxsi səfəri”ni şərh edə bilməz. Kral ailəsinin özəl səfərləri büdcədən maliyyələşdirilmir. Digər yandan Endryunun səfərini kimin maliyyələşdirdiyi də qeyri-müəyyən olaraq qalır. Kraliçanın ikinci oğlu dəbdəbəli səyahətlərə meylinə görə “Air Miles Andy” ləqəbini qazanıb”, – deyə “The İndependent” yazır.

Qəzet daha sonra Azərbaycanda insan haqları və söz azadlığının durumuna toxunaraq bildirib ki, hakimiyyətin müxalif fikrli insanlara hücumlarından dolayı şahzadə Endryunun  Bakıya səfləri müxtəlif insan haqları təşkilatları tərəfindən pislənilib:“İlham Əliyev prezidentliyi 2003-cü ildə atası Heydər Əliyevdən alıb. Onun başçılıq etdiyi rejim siyasi rəqiblərinə zorakılıqda, işgəncə verməkdə, seçkiləri saxtalaşdırmaqda ittiham olunur”.  Şahzadə Endryunun indiyə qədər İlham Əliyevlə son 10 ildə 11 dəfə görüşdüyünü xatırladan “The İndependent” yazır ki, Britaniyanın keçmiş baş naziri Toni Bleyer də  ölkə üzrə müşavir kimi çalışmasına görə tənqid olunub.

Energetika sənayesinin yaratdığı sosial və iqlim pozuntularını tənqid edən qrupun üzvü Emma Hyugs qəzetə açıqlamasında deyib ki, həm şahzadə Endryu, həm də Toni Bleyerin azərbaycanlı avtoritarla belə münasibət qurması utancvericidir. Azərbaycanda yüzlərlə cəsarətli insan demokratiya mübarizə aparır. Britaniyalı təmsilçiləri isə daha çox kürü və qaz müqavilələri düşündürür. Emma Hyugs həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin adlarını çəkərək onların həbsinin siyasi sifariş olduğunu bildirib.

“The İndependent” sonda yazır:“Bu həftə “Amnesty International” təşkilatı hüquq müdafiəçisi Leyla Yunusun vəkillərinin onun müdafiəsindən uzaqlaşdırıldığını bidirib. Digər vəkilinə də “onu müdafiə etdiyinə görə” ittihamı irəli sürülüb. ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqları hesabatında ifadə, toplaşma və birləşmə azadlıqlarına artan məhdudiyyətlərdən bəhs edib. Buraya jurnalistlər, insan haqları və demokratiya fəallarının təqib olunması, həbsi və onlara qarşı zorkaılıqdan istifadə daxildir”.

~ tərəfindən Patriot 14/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma