PUTİN ƏRDOĞANI MÜHARİBƏ İLƏ HƏDƏLƏYİB!

Erdogan-Putin

Prezidentlərin sensasiyalı telefon danışığı

”Cənab prezident! Siz mənim sözlərimi necə istəyirsinizsə, elə də qəbul edin!”

Rusiyanın tanınmış gündəlik ingilis dilli “Moscow times” qəzeti Türkiyə prezidenti Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin bu günlərdə baş tutan telefon danışığına dair sensasiyalı məlumat yayıb.

Qəzet iddia edib ki, Ərdoğan, Bəşər Əsədin rəhbərlik etdiyi Suriya hökumətinə qarşı “döyüşkən” çıxışlarından növbətisini Putinlə telefon danışığında edib. O, rusiyalı həmkarı Putinlə apardığı telefon danışığında deyib ki, Türkiyə artıq elə bir həddə gəlib çatıb ki, bundan sonra onlar insanların kütləvi qırılmasına biganə qala bilməzlər. Ərdoğanın bu sözləri Putini xeyli dərəcədə hiddətləndirib. Putin xəbərdarlıq tonunda Türkiyənin bundan sonra Suriyanın daxili işlərinə qarışmaması gərəkdiyini bildirərək, əlavə edib ki, əks təqdirdə Rusiya Türkiyənin regionda fəlakətli müharibənin qızışdırılması istəyinin qarşısını alacaq. Rusiya prezidentinin bu sözlərindən çaşqınlıq keçirən Ərdoğan, Putindən soruşub ki, onun bu sözləri Türkiyəyə qarşı birbaşa təhdid mənasına gəlmirmi?

Öz cavabında isə Putin deyib: ”Cənab prezident! Siz mənim sözlərimi necə istəyirsinizsə, elə də qəbul edin!”
Rusiya prezidenti acı bir fakt kimi on minlərlə insanın ölümünə səbəb olmuş Suriya böhranında Türkiyənin “səhv və aqressiv” siyasətinin, eləcədə, “böyüklük maniyasına mübtəla olmuş prezident Ərdoğanın” cihadcı terrorçular üçün Türkiyə ərazisindəki təhlükəsizlik zonalarında təlim düşərgələrinin yaradılmasını xatırladıb.

Osmanlı imperiyası və müasir Türkiyənin ictimai-siyasi tarixi üzrə tanınmış mütəxəssis İsmət Bayraktar bu məsələ ilə əlaqədar bildirib ki, Ərdoğan müharibə aparan Suriya prezidentinə güclü hərbi və siyasi dəstək verən Putini bu siyasətdən imtina etməyi razı salmağa çalışıb, ancaq bəlli olur ki, hələki Moskva onu tam qane edən Əsəd rejimindən daha etibarlı birisini görmür.

~ tərəfindən Patriot 11/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma