«ABŞ AZƏRBAYCANA TƏZYİQLƏRİ ARTIRACAQ»

obama-eliyev-sari kart

Rusiya Azərbaycan hakimiyyətinin taleyindən narahatdır

«ABŞ Rusiya ilə münasibətləri saxlayan bir çox ölkəyə, o sıradan Azərbaycana təzyiqi artıracaq»

“Vaşinqton tezliklə dünyanın əksər ölkələrinə təzyiq edəcək”. Bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov “Twitter” hesabında yazıb. Onun fikrincə, Macarıstan buna bariz nümunədir:

“ABŞ Macarıstanın Rusiya ilə yaxınlaşdığını hesab edir. Ona görə də bu ölkəyə təzyiqlərini müxtəlif formalarda artırıb. Eyni situasiya yenidən təkrarlanacaq və ABŞ Rusiya ilə münasibətləri saxlayan bir çox ölkəyə təzyiqini artıracaq”. Puşkova görə bir çox ölkələr, o sıradan Cənubi Qafqaz ölkələri, həmçinin Azərbaycan bu təzyiqi hiss edəcək.

Ekspertlərin fikrincə, Rusiya Dövlət Duması Xarici Əlaqələr Komitəsi sədrinin açıqlamasında qeyri-adi bir şey yoxdur. Artıq uzun aylardır ki, Azərbaycanda hakimiyyət sərt repressiya siyasəti həyata keçirir. Avropa Birliyi və ABŞ dəfələrlə Azərbaycan hakimiyyətini vətəndaşların hüquq və azadlıqlarına hörmət etməyə çağırıb. Nüfuzlu beynəlxlaq təşkilatlar və mətbuat orqanları Azərbaycanda mövcud olan vəziyyətlə bağlı həyəcan təbili çalmaqda davam edir. ABŞ-ın iki keçmiş diplomatı Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq etməklə bağlı müraciət edib. Hətta Obama çıxışlarının birində Azərbaycanda insan haqları müdafiəçiləri üçün dözülməz vəziyyətin yarandığını bildirmişdi. Bütün bunlara baxmayaraq Azərbaycan hakimiyyəti insan hüquq və azadlıqlarının qorunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə israrlıdır. Mövcud vəziyyət demokratik Qərb ölkələrini Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün təzyiqləri artırmaqda davam edəcək. Macarıstan adının çəkilməsi də təsadüfi deyil. Avropa Birliyinin üzvü olan bu ölkənin baş naziri Viktor Orban demokratik prinsiplərə o qədər də sayğı göstərmədiyini çıxışlarında və real addımlarında dəfələrlə göstərib. Macarıstanda demokratiyanın vəziyyətinin Azərbaycandan qat-qat yaxşı olmasına baxmayaraq bu, Avropa Birliyinin üzvü olan ölkə üçün yolverilməz sayılır. Nəinki Brüssel, hətta Vaşinqton Macarıstandakı vəziyətə görə ciddi narahatçılıqlarını dilə gətiriblər. Macarıstanın demokratiya yolundan sapmasının qarşısının alınması üçün ciddi addımların atılması nəzərdə tutulub.

~ tərəfindən Patriot 11/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma