ABŞ-a KREMLİ YER ÜZÜNDƏN SİLMƏK TƏKLİFİ

Winston-Çörçill-1945

Çörçill Kremlə atom bombası atmağı təklif edib

Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçill ABŞ-a təklif edibmiş ki, SSRİ-yə atom bombası atsın. Bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb.

Qəzet yazır ki, ABŞ Federal Təhqiqat Bürosunun o dövrdə fəaliyyət göstərmiş əməkdaşlarından birinin hazırladığı məlumat üzə çıxıb. Məlumatda deyilir ki, Çörçill ABŞ hakimiyyətini SSRİ-yə qarşı qabaqlayıcı tədbir kimi atom bombası atmağı təklif edib. Çörçill hesab edirmiş ki, yalnız bu yolla arxasında SSRİ-nin durduğu kommunizmin qərbə doğru yayılmasını əngəlləmək olar. Çörçill respublikaçı senator Bridjaya təkid edirmiş ki, prezident Trumeni “atom bombası ataraq Kremli yer üzündən silməyin vacibliyinə inandırmaq” lazımdır. Çörçill hesab edirmiş ki, yalnız bu yolla SSRİ-nin dünya üçün təhlükəsinin qarşısını almaq mümkün olacaq.

~ tərəfindən Patriot 11/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma