ALMANLAR BERLİN DİVARININ YIXILMASINI QEYD EDİR (FOTOLAR)

berlin-divar

Bu gün Almaniyada Berlin Divarının yıxılmasının 25-ci ildönümü qeyd edilir

berlin-demir-divarAlmaniyanın paytaxtı Berlində minlərlə insan şəhəri 28 il ikiyə bölən divar xəttinin yerində hvaya 15 mindən çox şar buraxıblar.

Berlin divarı — Almaniya Demokratik Respublikası rəhbərliyi tərəfindən 13 avqust 1961-ci ildə Qərbi Berlin ətrafında ucaldılmış divardı. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilib və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilib.

13 avqust 1961 — 9 noyabr 1989-cu il) tarixində yüksəldilən Berlin divarının uzunluğu 155 кm, o cümlədən Berlin ərazisində 43,1 кm olub.
9 noyabr 1989-cu ildə Almaniya Demokratik Respublikasının höküməti Almaniya Federativ Respublikası əhalisi ilə təmasa qoyulmuş məhdidiyyəti aradan qaldırmaq qərarını qəbul edib. Onda Şərqi Berlinin minlərlə sakini qərb tərəfə axın edib. Nəticədə divarlar aşırılıb. 1990-cı ildən etibarən hər iki tərəf arasındakı sərhəd postu birdəfəlik ləğv edilib.

1989-cu ilədək Berlin divarı Demokratik Şərqi Almaniyanı Federal Almaniya respublikasından ayırırdı. 1950-ci illərdən iqtisadi baxımdan ağır vəziyyətdə olan şərqdən 270 min adam qərbə üz tutmuşdu. Bu insan axınının qarşısını almaq məqsədi daşıyan divar Şərqi təkcə Almaniyadan deyil, bütün Avropadan qoruyurdu. 1961-ci ilin avqust ayının 13-ü işə getməyə hazırlaşan insanlara qarşılarındakı silahlı əsgərlər şok təsiri buraxıb. Şəhəri ikiyə bölən sərhəddə amerikalı və rus əsgərlər qarşı-qarşıya gəlib. Üçüncü Dünya Müharibəsinin qarşısı son anda alındı. Berlin divarını o zaman ziyarət edən ABŞ prezidenti Con Kennedi özünü berlinli elan edərək, Qərbi belinlilərin müdafiəsinə söz verdi. Uzunluğu 166 km olan Berlin divarı Şərq üçün blokada oldu.

Rusların istilasından qorxan qərbli almanlar divarın inşasından iki ay sonra Türkiyə ilə işçi qüvvəsinə dair razılıq imzaladı. Türkiyədən Almaniyaya üz tutan işçilər orada kök salmaqla yanaşı, qərbin iqtisadiyyatını tənəzzüldən xilas etdi. 28 il, başqa sözlə 20 315 gün ömrü olan bu divar 1989-cu ilin noyabr ayının 9-da yıxıldı. Lakin o zamanadək yüksək qiymət verilən türk işçi qüvvəsi Berlinin birləşməsindən sonra iş yerlərinin bağlanması və başqa yerlərə köçürülməsi ilə işsiz qaldı.

Berlinin türk icmasının sözçüsü Səftər Çinar divarın yıxılması ilə başlayan dövrün qaçqın düşmənçiliyi yaratdığını bildirir. “Berlin divarı yıxıldıqdan sonra Berlin sənayesi çökdü. Türklərin çalışdığı yardımçı işlər də aradan qalxdı. Buna görə onlar Qərbə üz tutdu. Lakin irqçilik səbəbi ilə onların iş yerləri, dükanları hücumlara məruz qaldı. Bir çoxları yenidən Şərqə-işsizliyə üstünlük verdi”.

İşsizlik üzündən Qərbi Berlinə qaçmağa çalışan insanlar arasında ciddi təhlükəsizlik tədbirləri səbəbi ilə itkilər də olub. 239 adam divarı aşarkən həyatını itirib. Berlin divarının qurbanları arasında 1972 və 75-ci illərdə divarın önündəki çaya düşüb boğulan iki türk uşağı da var. Qərbi Berlin əsgərlərinin yardım etməməsi səbəbi ilə ölən Cəngavər Katrancı və Çətin Mərt adlı uşaqların xatirəsinə Berlinin türk məhəlləsi Kreuzberqdə abidə salınıb.

~ tərəfindən Patriot 09/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma