DÜNYA İLƏ ÜZ-ÜZƏ QALAN AVTORİTAR REJİM

ilham eliyev

Əliyevin avtoritar siyasəti onu dünya ilə üz-üzə qoyub

Azərbaycan hakimiyyəti artıq beynəlxalq aləmdə təkləndiyinin fərqindədir və bu baxımdan isterikaya düşüb. Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Böyük Britaniyanın nüfuzlu nəşri “The Guardian” qəzetində Azərbaycanla bağlı məqaləsinə operativ və sərt reaksiya da isterik vəziyyətin təzahürüdür.

Yaqland məqaləsində hakimiyyətin yürütdüyü avtoritar siyasəti sərt tənqid edib. Qeyd edək ki, Avropa Şurası digər beynəlxalq strukturlara nisbətdə Azərbaycan hakimiyyətinə loyal münasibətilə fərqlənir. Lakin artıq iş o yerə çatıb ki, bu qurumun baş katibi də hakimiyyətlə sərt dildə danışmaq məcburiyyətində qalıb. Iqtidar düşərgəsindən Yaqlanda dərhal cavab gəlib. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avropa Şurasının baş katibinin antiAzərbaycan qüvvələrindən təsirləndiyini iddia edib. Hakimiyyət bununla kifayətlənməyib. Dünən hətta “google” axtarış sisteminin çox çətin “tanıdığı” xarici saytların birində Yaqlandın əleyhinə geniş məqalə yerləşdirilib.

Maraqlıdır ki, Yaqlandın məqaləsi Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqtonun Bakıya səfəri ərəfəsinə təsadüf edib. Qeyd edək ki, Lidinqton bir müddət əvvəl Azərbaycanı Assoasiasiya Sazişini imzalamağa çağırmışdı. “Biz Avropa Ittifaqının Azərbaycanla daha yaxından əməkdaşlıq etməsini səbirsizliklə gözləyirik və ümid edirəm ki, Assosiasiya Sazişinə doğru danışıqlara təkan verilə biləcək”, – deyə o, bildirmişdi.

Britaniyalı nazir dünən Azərbaycana səfərlə bağlı Bakıda keçirdiyi mətbuat konfransında Ermənistanın Rusiyanın layihəsi olan Avrasiya Ittifaqına üzv olmasını tənqid edib. Bu, Bakıya da mesaj sayıla bilər və güman ki, görüşlərdə Lidinqton bu barədə daha açıq mətnlə danışıb.
Bundan başqa, Yaqland məqaləsində Böyük Britaniyanı Azərbaycandakı vəziyyətə diqqət göstərməyə çağırmışdı.

“Azadlıq”a daxil olan məlumata görə, hakimiyyət bütün bunları beynəlxalq güclərin ona qarşı sistemli şəkildə apardığı kampaniya sayır.
Yeri gəlmişkən, bu arada Fransanın nüfuzlu “Le Fiqaro” qəzetinin yaydığı bir məlumat da Azərbaycan hakimiyyəti üçün zərbə sayıla bilər. Həmin məlumatda bildirilir ki, “Kilsə ehtiyacları” adlı katolik təşkilatı 196 ölkədə dini azadlıqların vəziyyətini araşdırıb. Araşdırma 2012-2014-cü illəri əhatə edib.

20 ölkədə isə dini müstəvidə çox yüksək dərəcədə dözümsüzlük var. Bu 20 ölkədən 6-sında belə bir vəziyyətin yaranması həm də həmin ölkələrdə avtoritar rejimlərin mövcudluğu ilə əlaqələndirilir. Birma, Şimali Koreya kimi ölkələrin yer aldığı “altılıq”da Azərbaycanın da adı var.

Hakimiyyət “dini radikalizm”lə Qərbi şantaj edirdi. Artıq aydın olur ki, Qərb Azərbaycandakı “dini radikalizm”in də səbəbini hakimiyyətin yürütdüyü avtoritar siyasətin nəticəsi sayır.

~ tərəfindən Patriot 07/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma