MİTİNQ HAZIRLIĞI BAŞLADI

12okt2014-mitinq3

10 noyabr mitinqinə razılıq verildi

Milli Şura aksiyanın keçən dəfəkindən daha güclü alınacağına inanır

Milli Şuranın noyabrın 10-a təyin etdiyi mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib. Bu barədə “Azadlıq”a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

Mitinq, təşkilatçıların BŞİH-ə müraciətində göstərildiyi kimi, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda, saat 15:00-dan 17:00-a qədər keçiriləcək.

Bəs, mitinqə hazırlıq hansı səviyyədədir?

Təşkilatçılardan biri, Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hazırlığın yüksək səviyyədə getdiyini və mitinqin güclü alınacağına inandıqlarını deyib. “Təbliğati və təşkilati hazırlıqlar yekunlaşmaq üzrədir: AXCP-nin Bakı rayon şöbələri vətəndaşların aksiyaya cəlb olunması istiqamətində toplantılar keçirib, təlimatlar alıb və əhali ilə işləyirlər. Mitinqə çağırış vərəqələri paylanır. Sosial şəbəkələrdə və mətbuatda təbliğat işi gedir. Bu mitinqin 12 oktyabrdakından da güclü alınacağına inanırıq”.

Fuad Qəhrəmanlı aksiyanın əsas şüarının yenə də “Siyasi məhbuslara azadlıq” olduğunu xatırladıb və meydanda bu məzmunda şüar və plakatların qaldırılacağını bildirib. Eyni zamanda bu mitinqdə də hakimiyyətdən siyasi, o cümlədən seçki islahatlarının keçirilməsi, Avropa Birliyi ilə Assosiasiya Şazişinin imzalanması istiqamətində addımların atılması tələb olunacaq, eləcə də sosial tələblər irəli sürüləcək.

azadliq.info

~ tərəfindən Patriot 06/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma