MİLLİ ŞURA MİTİNQƏ QƏRAR VERDİ

12okt2014-mitinq

10 noyabr, saat 15:00, “Məhsul” stadionu; liderlər xalqa çağırış etdi

“Gəlin, birlikdə etiraz edək, hər bir vətəndaşımıza azadlıq, ədalət və daha yaxşı həyat tələb edək!”

Milli Şura noyabrın 10-da mitinq keçirmək qərarı verib. Bu barədə “Azadlıq”a Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib. Onun sözlərinə görə, qərar Milli Şuranın Koordinasiya Mərkəzinin 31 oktyabr toplantısında qəbul olunub.

Cəmil Həsənli bildirib ki, toplantı iştirakçıları ölkədə hazırkı ictimai-siyasi durumu, beynəlxalq aləmdə cərəyan edən prosesləri, xüsusən Qərb-Rusiya münasibətlərinin detallarını, bunların post-sovet məkanına təsirini müzakirə ediblər. Müzakirələr zamanı bildirilib ki, Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqin qətnaməsində öz əksini tapmış tələblərin heç biri yerinə yetirilməyib. Həm bunu, həm də ötən aksiyadan sonra daxil olan müraciətləri nəzərə alaraq, toplantı iştirakçıları növbəti mitinq qərarı verib.

Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib.

“Budəfəki mitinqdə yenə də siyasi məhbus məsələsi, həmçinin insan haqları sahəsindəki pozuntular, insanların sosial durumu ilə bağlı problemlər gündəmə gətiriləcək. Mitinqin kütləvi olacağını gözləyirik. Ən azı, ötən aksiyadan sonra növbəti mitinqin keçirilməsi üçün Milli Şuraya daxil olan müraciətlərin sayı bu mitinqin çoxminli olacağını deməyə əsas verir”, – deyə Cəmil Həsənli qeyd edib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli də Facebook səhifəsində mitinqlə bağlı çağırış edib:

eli kerimli - mitingHəm AXCP-də, həm də Milli Şurada müzakirələr başa çatdı. Milli Şuranın növbəti mitinqi təyin olundu. Mitinq noyabr ayının 10-da (iş günü deyil) saat 3-də “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinq icra hakimiyyəti ilə razılaşdırılacaq. İcra hakmiyyətinə müvafiq müraciət artıq göndərilib. Məncə, bu qərar yüzlərlə sosial şəbəkə fəalının təklif etdiyi, gözlənilən bir qərardır. Ölkəmizdə dəyişiklik istəyən fəal vətəndaşlarımıza, mübariz gəncliyimizə güvənərək bu qərarı verdik.

Azərbaycanın hüquq müdafiəçilərinin, ictimai-siyasi fəalların, jurnalistlərin, mübariz gəncliyin, fəal dindarların – bir sözlə, millətimizin qabiliyyətli, əqidəli, mübariz övladlarının rejimin həbsxanalarında girov saxlanmasına susa bilmərik, susmamalıyıq. 96 il öncə bütün Şərqdə ilk demokratik respulikanın qurulduğu Azərbaycanda 21-ci əsrdə monarxiya üsul–idarəsinin bərqarar edilməsinə yol verməməliyik. Mitinqimizin əsas şüarı yenə də “Repressiyalara son, siyasi məhbuslara azadlıq!” olacaq.

Bu gün Azərbaycanda milyonlarla vətəndaşımız özünün və yaxınlarının zəruri müalicəsinə pul tapa bilmir. Yüzminlərlə valideyn imkansızlıqdan övladlarını normal yedizdirə, geyindirə, onlara arzuladığı təhsili verə bilmir. 2 milyon 200 mindən artıq insanımız yüksək faizli kredit yükü altında inildəyir. Milyonlarla azərbaycanlı hələ də əmək miqrantı olaraq Rusiya və digər dövlətlərdə ən ağır şərtlər altında işləməyə məcbur qalıb. Və bu qədər saysız-hesabsız, ağır sosial-iqtisadi problemləri olan ölkənin 10 milyardlarla manatlıq neft pulları, digər sərvətləri bir ovuc oliqarx tərəfindən mənimsənilir. Biz bir millət olaraq bu irimiqyaslı talançılıqla, haqsızlıqla, ədalətsizliklə barışmamalıyıq! Dinc etiraza – mitinqə qoşulmalıyıq!

Mitinqdə sosial tələblər də irəli sürüləcək. Sən də bu ümumi etiraza qoşul, mitinqə gəl, birlikdə etiraz edək. Birlikdə hər bir vətəndaşımıza azadlıq, ədalət və daha yaxşı həyat tələb edək!

~ tərəfindən Patriot 02/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma