KİYEV TUALETLƏRİNDƏ YENİLİK (FOTOLAR)

putin - kiyev

Putindən tualetdə istifadə edən ölkə

Muzdlu könüllülər, rus işğalından qaçan rus, seçilməkdən doymayan xanım, Mydanı qoruyan millətçilər

putin x“Siz əl-Cəzirədənsiniz?” bu sualı bizə Uraynanın paytaxtı Kiyevin mərkəzi küçəsi olan Kreşatikdə, Maydanın yaxınlığında çəkiliş apardığımız zaman bir ukraynalı rus verdi. Adam təhə-tövründən stajlı əyyaşlara oxşayırdı, amma biz ona “əl-Cəzirə”dən olmadığımız dedik və seçkiqabağı təbliğat kampaniyası çərçivəsində qurulmuş seçki çadırlarını çəkməkdə, çadırlarda seçkiyə qatılmış blok və partiyalar üçün təbliğat-təşviqat işləri aparan könüllüləri çəkməkdə davam etdik.

Muzdla işləyən könüllülərin əksəriyyəti orta yaşlı qadınlar idi və çoxu şəklinin çəkilməsinə imkan vermədi. Eyni zamanda hiss olunurdu ki, bu könüllülər siyasətdən bir şey bilmirlər, eləcə oturub ödənişli qaydada işləyirlər və kimin seçkidə qalib gələcəyinə dair təsəvvürləri yoxdur. Biri isə bizə daha konkret cavab verdi: “Bunu partiyada bilərlər, mən volyunterəm”.

Yenə Timoşenko

Oktyabrın 26-da Ukrayna üçün mühüm hadisə baş verəcək. Ukraynada mövbəti parlament seçkiləri keçiriləcək. Kiyev küçələri başdan-başa Ukrayna parlamentinə – Ali Radaya seçilmək üçün yarışan siyasi blokların, partiyaların, ayrı-ayrı tanınmış namizədlərin reklam posterləri, fotoları ilə bəzədilib. Şəhərdə reklam roliklərinin çoxluğundan belə başa düşmək olur ki, seçkiyə daha çox hazırkı baş nazir Arseni Yasenyuk və keçmiş baş nazir Yulya Timoşenko vəsait xərcləyib. Kiyevdə rast olduğumuz seçki çadırlarının əksəriyyəti Timoşenkonun seçki qərargahına məxsus idi. Xanım Timoşenko yenə xalqa “Qələbə” (“Peremoqa”) vəd edir. Ancaq söhbət etdiyimiz müxtəlif ranqlı, statuslu adamlar onun seçkidə qələbə qazanacağını, hətta seçki ikincisi, üçüncüsü olacağını gözləmirlər, bununla belə, bildirirlər ki, Timoşenko özü mütləq parlamentə düşəcək, çünki seçki siyahısında adı ikincidir, ukraynalı seçicilər isə inersiya üzrə seçim etməyə meyllidirlər. Ukraynada yaşayan bir azərbaycanlı müşahidəçi isə bildirdi ki, Maydan hərəkatı bu qadının cavabını hələ məhbəsdən azad olunduğu və meydana əlil qarabasında gələrkən verib. Onun fitə basılması seçkidə mühüm qələbəyə ümid etməli olmamasının ilk görsənişi  olub..

Yeni parlaq  lider

Digər namizəd Yasenyukun isə daha çox küçələrdə fotoları asılıb. Onun qələbəyə daha yaxın olduğu proqnozlaşdırılır. Bu şəxs Ukraynada prinsipial, intellektual, işgüzar siyasətçi kimi tanınır. Bundan başqa, onun Qərb və Avropa tərəfindən qəbul edildiyi, dəstəkləndiyi bildirilir. Güman olunur ki, prezident  Petro Poroşenkonun platformasında duran blokla Yasenyukun rəhbərlik etdiyi blok seçkilərdə ciddi qələbə qazanacaqlar və koalisiya ortağı olaraq yeni hökumət komandası formalaşdıracaqlar.

Bundan başqa, Kiyev küçələrində millətçi “Sağ sektor”un da səyyar çadırlarına da rast gəlmək mümkündür. Millətçilər özlərini reklam etməkdən daha çox, Putinə nifrəti təbliğ edirlər. Məsələn, “Sağ sektor”un gəncləri Rusiya prezidentinə düzəltdikləri “pasport”u satışa çıxarıblar. Pasportun üzərində belə yazılıb: Vladimir X… Putin.

Rus işğalından qaçan rus

Ukraynanın şərqində rus separatçıları ilə gedən müharibə paytaxt Kiyevdən də yan keçməyib. Kiyev küçələrində yenə də bahalı avtomobillər şütüsə də, əhali dəblə geyinsə də, şəhər kifayət qədər baxımlı və Avropasayağı olsa da, hər halda müharibənin təsirləri hiss olunmaqdadır. Küçədə-bazarda adamları danışdıranda bəlli olur ki, az qala onların hər birinin müharibə zonasında yaxınları, əzizləri ya yaşayır, ya da xidmət keçir. Küçədə səyyarı ticarət köçkündə qəhvə, çay satan bir qadın Luqanskdan olduğunu bildirdi və əlavə etdi ki, özü Luqanskdan çoxdan köçüb Kiyevdə yaşasa da, valideynləri və digər qohumları təzəlikcə evlərini tərk edib, Luqanskla qonşu olan və Ukrayna hakimiyyətinin nüfuz dairəsinə daxil olan vilayətə sığınıblar. Maraqlıydı ki, bu qadın rus idi.

Millətçilərin yüksəlişi

Müharibə başlayandan Ukraynanı bürümüş millətçilik tendensiyası paytaxt Kiyevdə daha çox özünü büruzə verir. Kiyevin demək olar ki, hər yerində rus şovinizmini və Putini aşağılayan plakatlara, şuarlara rast gəlmək mümkündür. Bəzən də yerli istehsal məhsullarının üzərində Putin və Rusiyaya qaçmış keçmiş prezident Yanukoviçin təhqiramiz şəkilləri həkk olunub. Məsələn Kiyevdə tualet kağızının üzərində Putin və Yanukoviçin fotolarını görmək gülüşə səbəb olur. Amma, hər halda bu məmulatlara təlabat var ki, isehsal və istehlak olunur.
Kiyevin çox yerində Maydan inqilabı zamanı xalqa qarşı amansız davranan “Berkut” ləğv olunandan sonra millətçi “Sağ sektor”çulardan təşkil olunmuş drujinalara və polisə işə götürülmüş “Sağ sektor”çu gənclərə rast gəlmək mümkündür. İnqilabdan sonra polis əsasən Maydanın fəal iştirakçısı olmuş millətçi gənclərdən təşkil olunub. “Sağ sektor”çular əsasən Maydan ətrafında rusmeyilli təşkilatların aksiya keçirə bilməmələri üçün keşik çəkirlər. Onlar Maydanın mərkəzində də post qurublar, yaxın həndəvərlərdə də gözə dəyirlər, həm də qətiyyətli görünürlər.

~ tərəfindən Patriot 25/10/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma