“YA HƏBS OLUNMALISAN, YA DA ÖLKƏDƏN GETMƏLİSƏN”

spigel - aliyev

“Şpigel” Azərbaycandakı repressiyalardan yazdı

«Azərbaycan hakimiyyəti tənqidlərdən nəticə çıxarmaq əvəzinə Avropa Parlamentini ittiham edib»

Almaniyanın “Şpigel” jurnalı Azərbaycanda son dövlər hakimiyyətin apardığı repressiyalar haqqında material dərc edib. “Ya həbs olunmalısan, ya da ölkədən getməlisən” başlıqlı məqalədə bildirilir: “Leyla Yunus Avropa Parlamentinin insan hüquqlarının qorunması ilə bağlı təsis etdiyi mükafata namizəddir.

Leyla Yunus artıq neçə aydır ki, həbsxanadadır. O, həbsxanada hər cür təzyiqlərə, o cümlədən döyülməyə məruz qalıb. Kiçik boylu, çox dinamik bu qadın Azərbaycanda demokratiya uğrunda qətiyyətli mübariz kimi tanınır. Leyla Yunus iyul ayının 30-da həbs olunub və bu vaxta qədər həbsxanadadır. O, pis şəraitdə saxlanılır.  Leyla Yunusla yaxın münasibətdə olmuş adının çəkilməsini istəməyən şəxslərdən biri bildirib ki, həbsxanada Leyla Yunusa qarşı edilənlər onu mənəvi cəhətdən sındırmaq üçündür. Vaxtilə Leyla Yunusla işləmiş şəxslərdən biri deyib ki, onun sağlamlığında çox ciddi xroniki problemlər var. Və indi gedən proses onun sağlamlığının tam pozulması ilə nəticələnə bilər.

Leyla Yunusun vəkili Xalid Bağırov deyir ki, həbsxanada onun üçün çox gərgin şərait yaradılıb. Hətta həbsindən bir gün əvvəl Leyla Yunus hakimiyyəti çox sərt tənqid etmişdi. Bu da onun həbsini sürətləndirib. Leyla Yunusa qarşı müxtəlif ittihamlar irəli sürülüb. Hüquq müdafiə təşkilatları onun həbsinin açıq-aşkar siyasi motivli olduğunu bəyan ediblər. Ermənistan vətəndaşları ilə birlikdə müxtəlif proyektlər həyata keçirməsi vətənə xəyanət ittihamına tuş gəlməsilə nəticələnib. Leyla Yunus Azərbaycanla Ermənistan arasındakı konfliktin sülh yolu ilə həllindən ötrü çalışıb və hakimiyyət bunu xəyanət kimi qiymətləndirib. O eyni zamanda hakimiyyətin korrupsiya əməllərini sərt tənqid edib.

Məşhur araşdırmaçı jurnalist Xədicə Ismayılova hesab edir ki, Leyla Yunusun həbsinin başlıca səbəbi onun siyasi məhbusların siyahısını hazırlaması olub. Məsələ burasındadır ki, Xədicə Ismayılova da təqib olunur və həbs olunacağını gözləyir. Leyla Yunusla birlikdə 98 nəfərdən ibarət siyasi məhbus siyahısını hazırlayan Rəsul Cəfərov da həbs olunub. O 30 yaşını həbsxanada qeyd etməyə məcbur olub. Vəkili Bağırov deyir ki, Rəsul Cəfərov saxta ittihamlarla həbs olunub”.

Məqalədə 2014-cü ilin may ayından Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi xatırladılır və xüsusi vurğulanır ki, 1993-cü ildə Əliyev klanı hakimiyyətə gələndən keçirilən seçkilərın hamısı saxtalaşdırılıb. Məqalədə daha sonra bildirilir: “Insan hüquqları təşkilatları Azərbaycanda son aylar ərzində güclü repressiya dalğası aparılması jurnalistlərin, bloqçuların, siyasətçilərin və dini fəalların güclü repressiyalara məruz qalması ilə bağlı həyəcan təbili çalırlar. Avropa Parlamenti sentyabrın ortalarında Azərbaycandakı repressiyaları sərt tənqid edən qətnamə qəbul edib. Həmin qətnamədə Leyla Yunus və digər siyasi məhbusların azad edilməsi tələb olunurdu. Azərbaycan hakimiyyəti tənqidlərdən nəticə çıxarmaq, həbsdə olanları azad etmək əvəzinə Avropa Parlamentini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

Böyük neft pulları Azərbaycan hakimiyyətinə hətta Avropada böyük maliyyə vəsaitləri xərcləmək hesabına lobbiçilərin fəaliyyətindən istifadə etmək imkanı verib. Avropa Stabillik Təşəbbüsü Azərbaycan hakimiyyətinin bu fəaliyyətinə “kürü diplomatiyası” adı verib. Avropalı siyasətçilərin bir hissəsi “kürü diplomatiyası” və bahalı hədiyyələrlə ələ alınıb. Rəsmi Bakı Azəbaycanda tez-tez böyük idman yarışlarının keçirilməsinə çalışır. 2015-ci ildə Avropa Yay Olimpiya oyunları, 2016-cı ildə Formula 1 yarışları Bakıda keçiriləcək. “Amnesty International” hesab edir ki, Ilham Əliyev açıq şəkildə ölkəni tənqidçi səslərdən azad zonaya çevirmək istəyir.

Bəzi avropalı investorlar böyük pullar görən kimi dərhal insan hüquqları problemlərinə göz yumurlar. Britaniyadan olan və Avropa Yay Olimpiya oyunları təşkilat komitəsinə rəhbərlik edən Simon Kleq Azərbaycanı azad ölkə adlandırmaqdan belə çəkinməyib.

Jurnalist Xədicə Ismayıl gələcəklə bağlı çox da optimist deyil. O deyir ki, vətəndaş cəmiyyətini təmsil edən şəxslərin bir hissəsi artıq həbsxanadadır. Bəziləri də ölkədən qaçmağa məcbur olub”.

~ tərəfindən Patriot 16/10/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma