PUTİN ORDUSUNU GERİ ÇƏKDİ

Rusia

Rus ordusu Ukrayna ilə sərhəddən çıxır

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddə cəmləşmiş ordu hissələrinin geri çəkilməsinə göstəriş verib. Bu barədə Rusiya KİV xəbər verir.

Xəbərdə deyilir ki, Putin Müdafiə Nazirliyinə Rostov vilayətində təlim üçün cəlb olunmuş ordu hissələrinin daimi dislokasiya yerlərinə qaytarılmasını əmr edib. Putin qərarını oktyabrın 11-də müdafiə naziri Şoyqu ilə işçi görüş zamanı açıqlayıb. Bundan əvvəl isə o, Rusiya Təhlükəsizlik Şurasının operativ toplantısını keçirib.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, müdafiə naziri Cənub hərbi dairəsinin yay poliqon təlimlərinin başa çatdığı haqda məruzə edəndən sonra prezident ordu hissələrinin öz daimi yerlərinə qaytarılmasını tapşırıb. Peskov əlavə edib ki, söhbət Rostov vilayətində təlim keçən 17.6 min hərbi qulluqçudan gedir.

Son vaxtlar Ukrayna və Rusiya mediasında tez-tez belə xəbərlər yayılırdı ki, Rostovda təlimdə olduğu deyilən hərbi qulluqçular əslində şərqi Ukraynada – Donetsk və Luqansk vilayətlərində döyüşlərdə iştiraka cəlb olunublar və orada həlak olurlar. Bu xüsusda mediada və sosial şəbəkələrdə çoxlu fotolar da yayılıb. RBK isə bu məluamtları təsdqiləyən dəlil-sübutlu araşdırma dərc edib. Kreml vəziyyətdən çıxmaq üçün şərqi Ukraynada döyüşən rus hərbçilərin məzuniyyətə çıxdıqları və ora könüllü getdikləri arqumentini dövriyyəyə buraxıb.
İndi Putinin daimi dislokasiya yerlərinə qayıtmalarını əmr etdiyi ordu Ukrayna sərhədinə yığılmış həmin “məzuniyyətə çıxıb” Donetsk və Luqanskda döyüşə getməyə hazır hərbçilərdir.

 

~ tərəfindən Patriot 12/10/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma