ƏLİ KƏRİMLİ: “İNDİ SÖZ XALQIMIZINDIR”

Təşkilatçılar siyasi məhbusların yaxınlarına çağırış etdi

Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti razılıq verib. Razılıq məktubu oktyabrın 8-i günorta saatlarında təşkilatçılara çatdırılıb. Mitinqin İnşaatçılar metrostansiyasının yaxınlığındakı Məhsul stadionunda, saat 15:00-dan 17:00-a qədər keçirilməsinə razılıq verilib.

miting raziliqMilli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli mitinqlə bağlı Facebook səhifəsində xalqa çağırış edib. Çağırışda deyilir:
“Mitinqi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırdıq. 12 oktaybr, saat 3-dən 5-ə kimi mitinqimizi keçirəcəyik. Mitinq İnşaatçılar metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Əsas tələbimiz “Siyasi məhbuslara azadlıq, repressiyalara son!” olacaq. Hökumətin başqa sahələrdəki yarıtmaz siyasətinə də etiraz edəcəyik.
Dostlar, indi ölkədə siyasi məhbusların sayı 100 nəfəri keçib. Onların ən azı 30 nəfəri tanınmış ictimai-siyasi xadimlərdir. Onlar bu ölkədə insan hüquqlarını qoruduqları, haqqı tapdalanan insanlara vicdanla vəkillik etdikləri, hakimiyyətin korrupsiyasını, seçki saxtakarlıqlarını ifşa etdikləri, xalqı əzməyən, ona xidmət edən hökumət qurmaq istədikləri üçün həbs olunublar. Bilirəm ki, əksəriyyətiniz ölkənin bu mərd, ziyalı insanlarının həbsindən narahatsınız. Amma etiraf edək ki, narahat olmaq azdır. Xalqa yandığı üçün zinadana düşmüş bu mübariz insanlara kömək etmək lazımdır. Bazar günü 2 saat vaxtınızdan keçib, razılaşdırılmış mitinqdə iştirak etməklə vicdan məhbuslarına dəstək verə bilərsiniz.
Nəzərə alın ki, indi bizim, xalq olaraq, “Niyə beynəlxalq aləm bu ədalətsizliyə susur?” sualı ilə acığımızı başqalarına tökmək imkanımız qalmayıb. Dünya ictimaiyyəti Azərbaycanın vicdan məhbuslarına çox ciddi dəstək verir. Onları ən yüksək mükafatlara layiq görür. Hökumətdən onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. İndi bizim, xalq olaraq, “Bəs müxalifət niyə susur, niyə qabağa düşmür, mitinq təyin etmir?” sualları ilə də vicdanımızı rahatlatmaq imkanımız qalmayıb. Milli Şura məsuliyyəti üzərinə götürüb, mitinq təyin edib. Mitinq İcra Hakimiyyəti ilə razılaşdırılıb. Yüzminlərlə vətəndaşımıza müxtəlif üsullarla mitinqə dəvət göndərilib. İndi söz xalqımızındır. İndi bir millət kimi nə qədər qədirbilən olduğumuzu, azadlıq və ədalətə can atdığımızı, haqsızlıqla, zülmlə barışmadığımızı nümayiş etdirməyin tam zamanıdır. Hamınızı 12 oktaybr mitinqinə dəvət edirəm”.

Mitinqə hazırlıq məsələlərinə gəlincə, təşkilatçılardan biri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “azadliq.info”ya işin yüksək səviyyədə getdiyini deyib. Aksiyanın əsas şüarının siyasi məhbuslara azadlıq olduğunu xatırladan Qəhrəmanlı siyasi məhbus ailələrini və yaxınlarını aksiyada fəal iştiraka çağırıb. O bildirib ki, hər bir siyasi məhbusun ailə üzvləri, yaxınları, tərəfdar və dostları, məsləkdaşları onun şəkilləri və ona aid şüarlarla mitinqdə iştiraka hazırlaşmalıdırlar. Təşkilatçılar siyasi məhbusların şəkillərindən ibarət yalnız bir ümumi plakat hazırlatdıracaq. Onların ayrı-ayrılıqda şəkillərinin qaldırılmasını isə yaxınlarından və onları dəstəkləyənlərdən gözləyirlər.

 

~ tərəfindən Patriot 10/10/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma