STRASBURQDAN HAKİMİYYƏTƏ ULTİMATİV TƏLƏB

avroparlament

Siyasi məhbuslar azad edilsin, başqa fəallara qarşı təqiblər dayandırılsın

Avropa Şurası Parlament Assambleyasının Hüquq və İnsan haqları Komitəsi sentyabrın 30-da yekdilliklə bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Komitə Azərbaycanda QHT rəhbərlərinin və insan haqları müdafiəçilərinin son həbslərindən hiddətlənib.

Azərbaycan Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə , bir neçə həftənin içində 4 tanınmış, hörmətli vətəndaş cəmiyyəti fəalı həbs olunub – İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus və Arif Yunus. Anar Məmmədli, Bəşir Süleymanlı, Həsən Hüseynli isə artıq məhkum olunublar və uzunmüddətli həbs cəzası alıblar. Onların hamısı Avropa Şurası ilə yaxından əməkdaşlıq edirdi.

Komitə bu həbsləri və onların məhkum olunmasını tənqidi baxışlarına görə onlardan qisas alınması kimi qiymətləndirir.

Komitə Leyla Yunusun səhhətinin vəziyyətindən narahatdır.

Komitə Azərbaycan hakimiyyətini bu şəxsləri azad etməyə, başqalarını isə ədalətsiz cəzalandırmaqdan çəkinməyə çağırır. Komitə Azərbaycan hökumətini İnsan haqları üzrə Avropa Konvensiyası standartlarına riayət etməyə çağırır.

Bu konvensiya ifadə azadlığını, toplaşma azadlığını demokratik və plüaristik cəmiyyətin fəaliyyəti üçün zəruri hesab edir. Komitə təcili olaraq öz hesabatçısının Azərbaycan üzrə hesabatını gözləyir: “Azərbaycanın Avropa Şurasında sədrliyi:insan haqlarına riayət olunması məsələsinin axırı necə oldu?”

Təhlilçi daha sonra yazır: “Azərbaycanın xarici siyasəti məhz bu kontekstdə anlaşılmalıdır, ölkə elitası xarici qüvvələrlə bağların qurulmasında maraqlıdır. Düzdür, bir şərtlə ki, bu, daha böyük hədəflə – Azərbaycanın avtoritar quruluşunu qoruyub saxlamaq hədəfi ilə toqquşmasın”.
Müəllif Heydər Əliyevin 1990-cı illərə aid bir kəlamını da xatırladır: “Vaşinqton yeni Kremldir”.

Əliyevlərin laxlamış 3 dayağı

Azərbaycanın özünü Qərb rəsmilərinə üç baxımdan sərfəli tərəfdaş kimi təqdim etdiyini bildirən De Val yazır ki, bu ölkə Əfqanıstana gedən hərbi yüklər üçün tranzitdir, İsraillə yaxındır və İrana qarşı sanksiyaların həyata keçirilməsində rol oynayır, üstəlik, Rusiyaya alternativ olaraq, Avropadan ötrü enerji təchizatçısıdır. Bununla belə, o, bütün bunların aşırı qiymətləndirilməməsi zərurətini vurğulayır. Diqqətə çatdırır ki, artıq Vaşinqton İranla dialoqdadır və bir zamanlar ambisiyalı Cənub Dəhlizi Layihəsi yığcamlaşdırılıb (Hazırkı plana görə, Azərbaycan 5-6 ildə Cənubi Avropaya – İtaliya və Yunanıstana 10 milyard kubmetr qaz axıdacaq ki, bu da Avropanın ümumi qaz istehlakının yalnız iki faizidir).

Qərblə “bal ayı” başa çatır

“Belə görünür ki, Azərbaycanın Qərbin əsas neft nəhəngləri ilə “bal ayı” da başa çatmaqdadır. Fransanın “Total” şirkəti öz payını satıb, Norveçin “Statoil” şirkəti isə öz töhfəsini xeyli azaldıb. Bakı indi yeni variantlar axtarır”, – deyə müəllif yazır.

Rusiya ilə rejim qohumluğu

De Val Azərbaycanın Rusiya ilə münasibətləri məsələsinə də diqqət çəkir. Yazır ki, “keçmiş ağasına şübhə” Azərbaycan milli ideologiyasının özəyini təşkil etsə də, indi rəsmi Bakı Rusiya ilə hər zaman olduğundan daha yaxın münasibətlərdədir. De Val hər iki ölkədəki siyasi rejimlərin “qohum olmasına” da diqqət yönəldir.

“Azərbaycanla Rusiya təbii sərvətlər hesabına böyük maliyyə resursları əldə ediblər və hər iki ölkədə repressiv rejimlər mövcuddur. Rusiyada qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanun layihəsi qəbul ediləndən bir müddət sonra eyni qanun layihəsi Azərbaycanda da qəbul edilib. Hətta ABŞ prezidenti Obama sentyabrın 23-də etdiyi çıxışda Azərbaycanda qeyri-hökumət təşkilatlarına qarşı repressiyalardan danışmağı vacib bilib.

Krım məsələsində BMT-də Ukraynaya dəstək verməsinə baxmayaraq, Azərbaycan hökumətinin rəsmiləri Maydan hadisələrində Qərbi suçlayır və bunun Ukraynada anarxiya ilə nəticələndiyini bəyan edirlər.
Azərbaycanda repressiyalar

Azərbaycanda son dövrlər repressiyalar daha da güclənib. Hazırda ölkədə 98 siyasi məhbus var və onların çoxu Qərb dəyərlərinin möhkəm tərəfdarları kimi tanınır. Hökumət mətbuatı bu şəxsləri məhkəmə hökmü olmadan artıq çoxdan cinayətkar kimi qələmə verib. Rəsmi şəxslər öz çıxışlarında onlara nifrət etdiklərini və onlardan yaxa qurtarmağın vacibliyini bildirirlər. Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən Qərb təşkilatlarına qarşı cinayət işi qaldırıb və onların bank hesabları dondurulub. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar və İsveçin xarici işlər naziri Karl Bildt hökuməti tənqid etdiklərinə görə Azərbaycan rəsmilərinin sərt hücumlarına məruz qalıblar”, – deyə De Val yazır.

~ tərəfindən Patriot 02/10/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma