HAKİMİYYƏTDƏKİ RUSPƏRƏSTLƏR HÜCUMA KEÇİR

prezident aparati

Qərblə iqtidar arasında münasibətlərin gərginləşməsi onların mövqelərini möhkəmləndirib

Qərblə Azərbaycan hakimiyyəti arasında münasibətlərin gərginləşməsi iqtidardakı rusiyapərəsət qüvvələrin mövqelərini möhkəmləndirib. Redaksiyamıza daxil olan məlumatlara görə, hakimiyyətdəki rusiyapərəstlər vəziyyətdən istifadə edərək qərbyönümlüləri sıxışdırmaqla məşğuldur.

Qeyd edək ki, Azərbaycan hakimiyyətinin repressiv siyasətini gücləndirməsi, Qərbin demokratiya çağırışlarına məhəl qoymaması tərəflər arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub. Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsindən və ABŞ prezidenti Barak Obamanın Azərbaycan hakimiyyətinə yönəlik sərt çıxışından sonra aydın olub ki, demokratik dünya iqtidarın repressiv siyasətinə biganə yanaşmaq niyyətində görünmür. Bu isə təbii olaraq ki, münasibətlərdəki gərginliyin daha da artmasına səbəb olub. Hakimiyyət Qərbi geri oturtmaq ənənəvi üsuldan, Rusiya faktorundan istifadə etməyə başlayıb. Son günlər Rusiyaya edilən reveranslar məhz Qərblə qarşıdurmanın təzahürü kimi qiymətləndirilir. Moskva meri Sergey Sobyanin və Azərbaycana nifrəti ilə seçilən Vladimir Jirinovksikinin Bakıda yüksək səviyyədə qarşılanması, Həştərxanda Ilham Əliyevlə Vladimir Putinin görüşünün planlaşdırılması və s. Qərbi şantaj məqsədilə atılan addımların tərkib hissəsi hesab edilir.

Vəziyyət o həddədir ki, hakimiyyət düşərgəsində Qərblə işləyənlər də küncə sıxışdırılıb. Təsadüfi deyil ki, Vladimir Jirinovksinin Azərbaycana səfəri zamanı onu görüşlərdə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müşayiət edirdi. Halbuki bu missiya Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri Arif Rəhimzadəyə tapşırıla bilərdi. Lakin o, Vladimir Jirinovski ilə hətta görüşməyəcəyini bəyan etdi.

Iddialara görə, bu hakimiyyətdəki qərbyönlülərin artıq “sındırıldığının” nəticəsidir.
Məlumata görə, rusiyapərəst qüvvələr hazırda iqtidar daxilində əsas söz sahibi olmalarından istifadə edərək qərbyönümlü rəqiblərini tamamilə sıradan çıxarmaq üçün planlar cızırlar.

~ tərəfindən Patriot 30/09/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma