BARAK OBAMA AZƏRBAYCANA İSMARIC YOLLADI (VİDEO)

obama.

ABŞ prezidenti ölkəmizdəki vəziyyəti “Rusiya, Çin və Venesuelada amansız basqılar”la bir sırada təsvir etdi

“Azərbaycan kimi yerlərdə QHT-lərin fəaliyyəti inanılmaz dərəcədə çətinləşdirilir”

“Amerikanın vətəndaş cəmiyyətlərinə dəstəyi milli təhlükəsizlik məsələsidir”

ABŞ prezidenti Barak Obama Azərbaycanda vətəndaş cəmiyyətinə olan basqılardan söz açıb.

Ağ evin saytında yerləşdirilən məlumatdan görünür ki, Klinton Qlobal Təşəbbüsünün illik sessiyasında vətəndaş cəmiyyətlərinin inkişafına dair çıxış edən ABŞ prezidenti Azərbaycandakı vəziyyətə də toxunub.

“Rusiyadan tutumuş Çinə, Venesuelayadək amansız basqılar görürük. Hökumətlər fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”, – deyə Obama bildirib.

ABŞ prezidenti çıxışında avtoritar cəmiyyətlərdə müxalif fikir daşıyan insanların, fəalların məqsədyönlü şəkildə hədəf alındığını deyib. Bildirib ki, bu növ basqılarla rejimlər cəmiyyətin inkişafının qarşısını alır, onları azadlıqdan məhrum edir və insanların rifahına əngəl olurlar.
Həbs olunan vətəndaş cəmiyyəti fəallarının dərhal azadlığa buraxılmasına səsləyən Obama onlara olan basqıları demokratiyaya hücum kimi dəyərləndirib.

“Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var”, – deyə o, əlavə edib.

İnsan haqları və demokratiyanın ABŞ milli maraqlarının təməl prinsipləri olduğunu vurğulayan Obama yalnız bu prinsipə hörmət edən ölkələrin Vaşinqtonla yaxın münasibətlər saxlaya biləcəyini deyib.

“O ölkələr ki, insan haqlarına, təşkilatlanma azadlıqlarına hörmət edirlər, onlar bizim ən yaxın tərəfdaşlarımız olurlar. Bu, təsadüfi deyil. Bu haqların tapdandığı cəmiyyətlərdə hiddət və ədalətsizlik hissi alovlanır, bu da sonda qeyri-sabitliyə, yaxud ekstremizmə gətirib çıxara bilər. Odur ki, mən inanıram, Amerikanın vətəndaş cəmiyyətlərinə dəstəyi milli təhlükəsizlik məsələsidir”, – deyə ABŞ prezidenti vurğulayıb.

 

~ tərəfindən Patriot 24/09/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma