ALMANİYADA SOYDAŞIMIZ ÖZÜNÜ YANDIRDI

almaniya- azerbaycanli- qest

Azərbaycanlı mühacir Almaniyada özünə qəst etdi

Adı açıqlanmayan 26 yaşlı həmyerlimiz bələdiyyə binasında intihara cəhd edib

Almaniyada 26 yaşlı azərbaycanlı mühacir özünü yandırıb. Azadliq.info Almaniya mətbuatına istinadla bildirir ki, adı açıqlamayan azərbaycanlı sentyabrın 23-də Sonsbek bələdiyyəsinin binasında üstünə benzin tökərək yandırıb.

İlkin məlumatlara görə, o, bələdiyyə binasına hər həftə verilən sosial müavinəti almaq üçün gedibmiş. Almaniya hökuməti iki həftə əvvəl ona sığınacaq verməkdən imtina qərarı qəbul edib, bu səbəbdən də çərşənbə axşamə verilən müavinət sonuncu olmalıymış.
Müvafiq məmurla görüşdən çıxan azərbaycanlı mühacir dəhlizdə özünə od vurub. Yaxınlıqdakı şəxslər onu yanğınsöndürən balonla xilas etməyə çalışıb. Dərhal təcili yardım çağırılıb və yaralı vertalyotla Duysburqdakı xəstəxanaya çatdırılıb. Məlumatlara görə, o, üçüncü dərəcəli yanıq xəsarəti alıb.

Mühacir statusunun ləğvi barədə ona məlumat verən məmur isə hadisədən şoka düşüb.

bild

~ tərəfindən Patriot 24/09/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: