HAKİMİYYƏT QƏTNAMƏDƏN ŞOKA DÜŞÜB

prezident aparati

Avropa Parlamentinin qətnaməsi iqtidar üçün gözlənilməz zərbə olub

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi hakimiyyət üçün şok effekti yaradıb. Redaksiyamıza iqtidardaxili mənbələrdən daxil olan məlumatda belə deyilir. Məlumata görə, hakimiyyət Avropa Parlamentinin sərt qətnamə qəbul edəcəyini gözləmirmiş. Iqtidarda düşünürlərmiş ki, lobbi təşkilatlarının fəaliyyəti, eyni zamanda Qərblə Rusiya arasındakı qarşıdurmanın nəticəsi olaraq enerji resurslarına görə Azərbaycana yaranan ehtiyac işə yarayacaq. Lakin gözləntilər özünü doğrultmadı. Avropa Parlamenti demokratik dəyərləri hər şeydən üstün tutdu

Məlumatda deyilir ki, qətnaməyə hakimiyyət düşərgəsindən verilən isterik reaksiya da bununla bağlıdır. Qeyd edək ki, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qətnamənin qərəzli olduğunu bildirib. “Avropa Parlamenti ”donos”lar əsasında qərəzli qətnamə qəbul edir”,- deyə o, bildirib.

Vitse-spiker Bahar Muradova isə sənədi Azərbaycana qarşı “qara piar”ın tərkib hissəsi adlandırıb: “Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı ”qara piar”ın tərkib hissəsidir”.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Avropa Parlamentini bəşəri dəyərləri pozmaqda ittiham edib: “Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə əslində daha çox Azərbaycanla deyil, Avropa Parlamentinin özü ilə bağlıdır. Təəssüflər olsun ki, son zamanlar biz Avropa Parlamentində gedən prosesləri müşahidə edərkən Avropa dəyərlərinin, ümumbəşəri prinsiplərin, məhz Avropanın ən vacib olan strukturunda – Avropa Parlamentində pozulub tapdandığını görürük”

YAP-çı deputat isə Azərbaycanın “Avronest”dən çıxmasını təklif edib. Azərbaycanın Xarici Işlər Nazirliyi də məsələyə münasibət bildirib. Lakin XIN-in reaksiyası hakimiyyət nümayəndələrinin isterik bəyanatlarının yanında bir qədər “dişsiz” təsir bağışlayır. Görünür, hakimiyyət məsələni daha da dramatikləşdirmək istəmir. Çünki artıq vəziyyət o həddədir ki, Avropa Parlamenti Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar məsələsini gündəmə gətirib.

~ tərəfindən Patriot 20/09/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma