BU HƏMİN JİRİNOVSKİDİR Kİ, AZƏRBAYCAN XALQINI QOYUN ADLANDIRIB

jirinovski

Azərbaycan xalqını qoyun adlandıran adam sevimli qonağa çevrilir

Jirinovskini Bakıya buraxaqmı?

Rusiyanın Liberal Demokrat Partiyasını Lideri Vladimir Jirinovski Bakıya gələcək. Bu barədə Moderator.az-a diplomatik mənbələrdən məlumat verilib. Diplomatik mənbənin dediyinə görə, səfər sentyabr ayının 3-cü ongünlüyündə reallaşacaq. Bir neçə günlük səfər çərçivəsində Jirinovski Azərbaycanda bir sıra görüşlər keçirməklə yanaşı, ölkə ilə daha yaxından tanış olmaq və inkişaf proseslərini öz gözləri ilə görmək üçün respublikanın bir sıra bölgələrində də olacaq. Onun hətta mətbuat nümayəndələri üçün mətbuat konfransının da təşkil olunacağı gözlənilir.

O mətbuat nümayəndələri ilə iki ölkə arasındakı münasibətlərə və dünyada, regionda və keçmiş sovet məkanında baş verən proseslərə aydınlıq gətirəcək. O eyni zamanda mətbuat nümayəndələrini maraqlandıran suallara cavab verəcək.

Qeyd edək ki, Azərbaycan hökumətinin Jirinovski sevgisi bu adamın bir müddət əvvəl Ilham Əliyevi tərifləməsindən sonra yaranıb. Belə ki, Jirinovski bildirmişdi ki, Ilham Əliyev əla rəhbər, təhsilli və xeyirxah insandır. Tərifdən ötrü ürəyi gedən hökumətimiz üçün isə, bu ifadələr milyon deməkdir və buna görə də Jirinovski “sevimli oyuncaq”a çevrilib.

Bu həmin Jirinovskidir ki, türkləri vəhşi, heyvan kimi qələmə verib, Azərbaycan xalqını qoyun adlandırıb və türk millətini bəşəriyyət üçün təhlükə hesab edib. Daha da uzağa gedərək Qarabağı Rusiyanın tərkibinə qatmaq təşəbbüsünü irəli sürüb.

Xatırlayırsınızsa, bir neçə gün öncə Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Cənubi Qafqaz respublikalarına səfərə başladığı bir vaxtda onu müşayiət edən jurnalistlərdən birinə Azərbaycan vizası verilmədi. Səbəb kimi isə, bu şəxsin Dağlıq Qarabağa icazəsiz səfər etməsi göstərilmişdi.

Bu məntiqlə yanaşsaq, Jirinovski “persona non-qrata” elan edilməli və ölkəyə buraxılmamalıdır. Avstriyalı jurnalist Jirinovskidən fərqli olaraq, nə Azərbaycan xalqını təhqir edib, nə də Qarabağın Rusiyaya birləşdirilməsi təşəbbüsünü irəli sürüb. Sadəcə olaraq Gürcüstan və Azərbaycandan sonra, Dağlıq Qarabağa da səfər edib.

Bu müqayisəni aparmaqda məqsədimiz Azərbaycan hakimiyyətinin qeyri-səmimiliyini bir daha sübut etməkdir.
Təbii ki, Jirinovskinin Azərbaycanan səfəri birinci şəxslə razılaşdırılıb və bu adam yüksək şəkildə qarşılanacaq. Bəzi ehtimallara görə, Jirinovski şəxsi dəvətə görə Bakıya gəlir.

Yəqin Jirinovskinin üzünə xoş baxıblar ki, Bakıya qədər gəlməyə də həvəslənib. Novruz Məmmədovun dili ilə desək, Jirinovskinin Azərbaycan hakimiyyəti ilə “xüsusi əlaqələr”i baş tutub.

Yaşadığımız ölkənin reallıqlarından çıxış etsək, Jirinovskinin sevimli qonağa çevrilməsi məntiqlidir. Çünki, vicdanlı vətəndaşların, mübariz insanların “antimilli ünsür”, “ermənipərəst” adlandırıldığı ölkədə, Jirinovski kimi türk düşmənləri “milli dəyər”ə çevrilə bilər.

Istənilən halda, Jirinovski kimi adamın Bakıya səfər etməsi və Azərbaycanın taleyini müzakirəyə çıxarması təhqirdir.

~ tərəfindən Patriot 16/09/2014.

Bir Cavab to “BU HƏMİN JİRİNOVSKİDİR Kİ, AZƏRBAYCAN XALQINI QOYUN ADLANDIRIB”

  1. Azərbaycan xalqını qoyun adlandıran,türkləri vəhşi,heyvan kimi qələmə verən və türk millətini bəşəriyyət üçün təhlükə hesab edən adam kimliyindən asılı olmayaraq başını daşa döyür.Onun türk millətini təhqir etməyə nə haqqı var,nə də gücü çatar.Türksoylu xalqlara gücləri çatmaz.Türk xalqı böyükdür.
    Çənəsini boş qoyub danışaraq dəqiqədə bir dona girən insanlardan nə gözləmək olar ? RƏBBİM özü onların bəlasını versin,inşaallah!
    onun bura gəlməyi də yəqin ki,hansısa bir məqsəd daşıyır.Elə məsələlər var ki,hamıya açıqlanması mümkün deyil.Ucdantutma hər məsələnin həmin an çözülməsinə çalışmağa gərək yoxdur..Zamanı çatanda bu barədə də danışar,yazarsınız.Mən düşünürəm ki,dövlətə aid məsələlərin hamısını açıqlamağa çalışmaq olmaz.Səbrli olmaq və hər seyin vaxtını gözləmək lazımdır.Səbrli olmaq lazımdır.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma