BAKININ İŞĞALDAN AZAD OLUNMASININ 96-cı İLDÖNÜMÜDÜR (VİDEO – FOTOLAR)

milli sura - turk sehidliyi

“Bu tarixi hadisə həm də böyük bayramımızdır”

turk sehidliyi animMilli Şura Bakının qurtuluş gününü Türk Şəhidliyini ziyarətlə qeyd etdi

Milli Şura sentyabrın 14-də Bakının daşnak-bolşevik işğalından azad olunmasının 96-cı ildönümü münasibətilə Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib.

Abidənin önünə Milli Şura adından əklil qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

Milli Şuranın sədri Cəmil Həsənli və Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli abidənin önündə qısa nitq söyləyiblər.
Cəmil Həsənli bildirib ki, Bakının işğaldan azad olunması Azərbaycanın fəxr ediləsi tarixi səhifələrindən biridir. “Bu həm də Azərbaycanla Türkiyənin qardaşlığından irəli gələn bir anın təzahürüdür. Iş elə gətirib ki, mən bu şərəfli tarixi araşdıranlardan biri olmuşam. Və bu şərəfli tarixi araşdırdıqda iftixar hissi yaşamışam. Insan yalnız öz vətəni uğrunda canını belə fəda edə bilər. Bakının qurtuluşu türk əsgərinin həyatında o qədər önəmli yer tutmuşdu ki, bu əməliyyata rəhbərlik edən Mürsəl Paşa Bakının qurtuluşundan sonra həyatını Mürsəl Baku Paşa adı ilə yaşadı”, – deyə Cəmil Həsənli əlavə edib.

Əli Kərimli deyib ki, Bakının işğaldan azad olunması Azərbaycan tarixində Azərbaycanın dövlət istiqalılının elanından sonra ən böyük tarixi hadisə və ən böyük bayramdır. “Amma yanlış yanaşmalar ucbatından Bakının işğaldan azad olunması hələ də bayram olaraq qəbul edlməyib. Ölkənin milli demokrtaik düşərgəsi, vətənpərvər insanlar isə bu günü yaşadırlar. Bu abidə yalnız burada canından keçmiş əscərlərin şərəfinə qoyulmuş abidə deyil. Bu abidə həm də Türkiyə-Azərbaycan qardaşlığının simvoludur”.

~ tərəfindən Patriot 16/09/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma