UKRAYNADA ATƏŞKƏS ELAN EDİLDİ

ukrayna ateskes

Obama Ukrayna-Rusiya anlaşmasına şübhə edir

Rusiyadan NATO – ya şok hədə “Müharibə olacaq”

Sentyabrın 5-də Ukraynanın şərqində vəziyyətin nizama salınması məsələsi ilə əlaqədar Minskdə keçirilən görüşün iştirakçıları atəşkəs haqqında sənəd imzalayıblar.

Bu barədə jurnalistlərə ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynada vəziyyətin nizama salınması məsələləri üzrə rəsmi nümayəndəsi Adelheyd Talyavini məlumat verib.

Danışıqlarda iştirak edən tərəflərin nümayəndələri bildiriblər ki, bu gün bir neçə bənddən ibarət protokol imzalanıb. Həmin bəndlərdən biri sentyabrın 5-də saat 18.00-dan (Bakı vaxtı ilə saat 20.00-dan) Ukraynanın şərqində atəşin dərhal dayandırılması haqqında şərtdir. Qondarma “Luqansk Xalq Respublikasının” başçısı” İqor Plotnetski dəqiqləşdirib ki, atəş məhz Minsk vaxtı ilə saat 18.00-dan dayandırılmalıdır.
Qondarma “Donetsk Xalq Respublikası”nın qondarma “baş naziri” Aleksandr Zaxarçenko isə öz növbəsində, bildirib ki, danışıqlarda iştirak edən tərəflərin nümayəndələri bugünkü görüşü hələ başa çatdırmayıblar, sadəcə bu bəyanatı vermək üçün salondan çıxıblar. Hazırda əlaqə qrupu işini davam etdirir.

Xatırladırıq ki, Minskdə “Prezident-otel”in binasında Ukraynanın şərqində vəziyyətin nizama salınması üzrə üçtərəfli əlaqə qrupunun (Ukrayna-ATƏT-Rusiya) növbəti iclası keçirilir. Görüşdə Ukrayna tərəfini keçmiş prezident Leonid Kuçma, Rusiya Federasiyasını – Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov təmsil edirlər. İclasda həmçinin qondarma respublikaların nümayəndələri İqor Plotnitski və Aleksandr Zaxarçenko iştirak edirlər.

Obama Ukrayna-Rusiya anlaşmasına şübhə edir

barak obamaABŞ prezidenti Barak Obama Ukraynada barışın şərtlərinin reallaşacağına ümid eləsə də, hələlik ona şübhə ilə yanaşır. Musavat.com-un xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
“Biz Rusiyaya dəqiq siqnal göndərmişik ki, hərəkətlərin  nəticəsi olacaq. Bu gün ABŞ və Avropa Rusiyanın maliyyə, energetik və müdafiə sahələrinə qarşı yeni sanksiyaların genişləndirilməsi işini yekunlaşdırmaq üzrədir”, – deyə Obama qeyd edib. Bundan əlavə, o, NATO-nun hər bir müttəfiq ölkənin və Ukraynanın suverenliyini qoruyacağını söyləyib.
“Atəşkəs haqda anlaşmaya gəlincə, biz ümidliyik. Ancaq eyni zamanda keçmişin təcrübəsinə əsaslanaraq şübhələnirik ki, separatçılar anlaşmaya əməl edəcək, Rusiya isə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandıracaq. Ona görə də saziş hələ praktikada yoxlanılmalıdır” – əlavə edib Ağ Ev başçısı.

Rusiyadan NATO – ya şok hədə “Müharibə olacaq”

Rusiya Xarici İşlər Nazirliyi NATO sammitində qəbul olunan qərarlara münasibət bildirib.

Xəbərə görə nazirlik qərarların NATO ölkələrinin deyil, bir neçə dövlətin qəbul etdiyini iddia edib:

“Zirvə görüşündə qəbul olunan qərarlar NATO-nun ABŞ və bir neçə Avropa dövlətinin diktəsi altında siyasət yürütdüyünü bir daha ortaya qoymuş oldu”.

Nazirlik həmçinin, NATO-nun ABŞ və üzv ölkələrin qərarı ilə Ukrayna torpaqlarında reallaşdıracağı manevrin bölgədəki gərginliyi artıracağını qeyd edib:

“Ukrayna mövzusunda qəbul olunan qərarların çəkisi və xüsusiyyəti NATO-ya üzv ölkələrin Kiyevlə birgə Ukrayna torpaqlarında bu ilin sonuna qədər ortaq hərbi təlimlərə başlaması gərginliyin qaçılmaz olduğunu göstərir. Bu addımlar Ukraynada sülh prosesini təhlükəyə atacaq və ölkədə vətəndaş müharibəsinə səbəb olacaq”.

Nazirlik NATO sammitində qəbul olunan qərarların tez bir zamanda Rusiya tərəfindən dəyərləndiriləcəyini bildirib.

~ tərəfindən Patriot 06/09/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma