MARİUPOLDA SƏNGƏRLƏR QAZILIB (VİDEO)

mariupol

Ukrayna ordusu şəhərin ətrafında tanklardan barikadalar qurub

Rusiya yönümlü qüvvələrin Ukraynanın ən iri liman şəhəri olan Mariupolda nəzarəti ələ alması təhlükəsi sovuşub.

ANS TV-nin məlumatına görə, şəhərin şərq hissəsində rusiya yönümlü qüvvələrin qarşısını almaq üçün tanklardan ibarət barikadalar quran Ukrayna hərbi qüvvələri, şəhər ətrafında səngərlər qazıblar.

Bu arada, Rusiya prezidenti Vladimir Putinin “Kiyevi almağa hazır olduğuna” dair bəyanat verməsi haqqında məlumatların doğru olmadığı məlum olub. Putinin müşaviri Yuri Uşakovun açıqlamasına görə, Putinin guya bu bəyanatı verməsi iddiası sadəcə Avropa Komissiyasının sədri Joze Manyel Barrozunun təhrifidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə “Ukraynadakı vəziyyətə ABŞ öz təsirini göstərərək düzəldə bilər” deyib. Onun sözlərinə görə,

Kiyevdə indi “sülh partiyası” ilə “müharibə partiyası” mübarizə aparır.
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, “süh partiyası” Ukraynanın üzləşdiyi vəziyyətdə danışıqlarla həll yolunu tapmağa cəhd göstərir:

“Eyni zamanda Kiyevdə müharibə partiyası da fəaliyyət göstərir və bu cəhdlərin qarşısını almağa çalışır. Kiyevdəki bu partiyanın qarşısını almaq vacibdir və bunu yalnız ABŞ edə bilər”.

Lavrov ötən gün Minskdə danışıqları zamanı Donetsk və Luqanskdva döyüşən silahlıların nümayəndələrini iştirak etməsini alqışlayaraq bunun ilk dəfə baş verdiyini və bu cür danışıqların davam etməli olduğunu bildirib.

 

~ tərəfindən Patriot 03/09/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma