QAZAXLAR PUTİNƏ TARİXDƏN DƏRS VERƏCƏKLƏR

Qızıl Orda

Qazaxıstanda “Putinə tarix kitabı göndər” adlı etiraz aksiyası başlamaq qərarına gəliblər.

KashgariANS TV-nin məlumatına görə, onları bu addımı atmağa Rusiya prezidentinin Qazaxıstanın tarixi haqqında söylədiyi və əks-səda doğuran ifadələri vadar edib.

Bir neçə gün əvvəl Gənclər Forumunda çıxış edən Vladimir Putin qeyd etmişdi ki, Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb və Qazaxıstan prezidenti Nursultan Nazarbayev əvvəllər dövlət olmayan bir ərazidə dövlət qurub.
Putinin bu sözləri Qazaxıstan sakinlərinə “Ukrayna ssenarisi”ni xatırladaraq, onları narahat edib. Buna cavab olaraq, Qazaxıstan sakinləri respublikada son 500 il ərzində dövlətçiliyin mövcud olduğuna dair danılmaz faktları toplayaraq, Rusiya prezidentinə göndərmək qərarına gəliblər.

İndi də Rusiya – Qazaxıstan savaşı?

Elxan Şahinoğlu: «Qazaxıstan Avropa Birliyi ilə əməkdaşlığa can atması, Ukrayna ilə münasibətləri Putinin xoşuna gəlmir»
Rusiya Dumasının deputatı, qeyri-adi çıxışları ilə məşhur olan Vladimir Jirinovski yenə skandal sayılacaq açıqlama verib. Onun fikrincə, Rusiya Qazaxıstanı zəbt etməlidir. Çünki Qazaxıstanda “rusofobiya meydan sulayır”.

putin - jirinovskiJirinovski “Exo Moskvı” radiosuna müsahibəsində bildirib ki, Qazaxıstanın bütün yeni dərsliklərində və hər yerdə anti-rus əhval-ruhiyyəsi hakimdir. Onun sözlərinə görə, bir vaxtlar qazax tayfaları Çar Rusiyasına yalvarıb ki, onları cunqarların qətliamından xilas etsin. Çar Rusiyası da ora ordu göndərərək şimalı Qazaxıstanı azad edib.

Jirinovski hesab edir ki, indi Qazaxıstana “dərs vermək” lazımdır. Lakin Ukryana ilə məsələni yoluna qoyandan sonra.
Bu arada Rusiya prezidenti Vladimir Putin də Qazaxıstanla bağlı maraqlı fikir səsləndirib. O, Rusiya gənclərinin forumunda çıxışı zamanı deyib ki, Nursultan Nazarbayev heç zaman dövlət olmamış ərazidə dövlət qurub. Bununla da Putin Qazaxıstanı bir dövlət kimi ciddiyə almadıqlarını nümayiş etdirib.

Qazaxıstan prezidentinin cavabı özünü çox gözlətməyib.

“Qazaxıstanın maraqlarına toxunulsa, Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququndan istifadə edəcək”. Belə bir bəyanatla

Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxış edib.

Qazaxıstanın dövlət başçısı yerli telekanallardan birinə müsahibəsində bildirib ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: “Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm”.

N.Nazarbayev qeyd edib ki, ölkəsi onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq.

Kazakhstan-Nazarbayev-Putin-RussiaMaraqlıdır ki, Rusiyanın xarici siyasətindəki bu dəyişiklik Minsk görüşündən sonra açıq şəkildə görünməyə başladı. Ekspertlər hesab edir ki, buna səbəb Putinin Minsk görüşündə Poroşenkoya qarşı Nazarbayevin dəstəyini tam ala bilməməsi olub.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, son olaylarda dönüş nöqtəsi məhz Minskdə olub. Bu görüşdə Putin Qazaxıstan və Belarusdan istədiyi dəstəyi ala bilmədiyini açıq şəkildə görüb: «Qazaxıstan Avropa Birliyi ilə əməkdaşlığa can atır, Ukrayna ilə münasibətləri normalaşdırmağa çalışır. Bu isə Putinin xoşuna gəlmir. Putin guya Nazarbayevi tərifləyir. Amma eyni zamanda Qazaxıstanı aşağlayır ki, tarixdə belə bir dövlət olmayıb. Putin əlaltısı Jrinovski ilə Qazaxıstanı daha sərt formada hədələyir. Rusiyanın problemi odur ki, eyni zamanda bir neçə iş görmək istəyir. Rusiya Gürcüstanı, Moldovanı, Azərbaycanı parçaladığı kimi Ukraynanı da parçalamaq istəyir».

Rusiyanın Ukrayna siyasətində Belarus və Qazaxıstandan aktiv dəstək gözlədiyini deyən E.Şahinoğlu vurğuladı ki, Belarus və Qazaxıstan isə açıq formada Rusiyanı dəstəkləmədiklərini bəyan edirlər. Çünki onlar gözəl bilirlər ki, Rusiya siyasətininnın qurbanlarına çevrilə bilərlər: «Ona görə həm Qazaxıstan, həm də Belarus liderləri tədricən etirazlarını bildirməyə başlayıblar. Putin isə Avrasiya İttifaqı üzvlərinə məcbur etmək istəyir ki, siz mənimlə birgə Ukrayna siyasətini dəstəkləməlisiniz. Onlar isə buna etiraz edirlər. Qazaxıstanın ardınca Belarus da  Putinin siyasətindən narazılığını ortaya qoyacaq. Onsuz da Belarusun Poroşenkonu dəstəkləməsi də Rusiyanı qıcıqlandırır. Amma görünür ki, Putin hamı ilə birdən ümnasibətləri korlamaq istəmir».

 

 

~ tərəfindən Patriot 01/09/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma