RUSİYADA CƏNUBA HÜCUM ÇAĞIRIŞLARI YAYILDI

jirinovskiy

Jirinovski Rusiyanı cənuba hücuma çağırdı: “Azərbaycan Qarabağı almaq istəyəcək…”

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri, bu yaxınlarda anti-Azərbaycan çıxışlarını dayandıran və mövqeyini kəskin dəyişdirərək ölkəmizə təriflər yağdıran Vladimir Jirinovski yenidən öz ampluasına qayıdıb.

LDPR-in saytına istinadən xəbər verir ki, Jirinovskinin partiyası Rusiyanı “müsəlman cənubuna” hücuma çağıran xüsusi broşüra yayıb.

“Cənub — müharibədir” adlı broşürada göstərilir ki, Rusiya cənubdan onun ərazisinə hücumlara imkan verməmək üçün özü cənuba doğru hücum etməlidir.

Broşüranın giriş mətnində Vladimir Jirinovski bildirir ki, onun partiyası Rusiyanın siyasətinin Qərbə yox, Cənuba istiqamətlənməli olduğunu əvvəllər də bəyan edib. İndi isə 2014-cü ildə baş verən hadisələr, Krımın Rusiyaya birləşdirilməsindən sonra NATO-nun Qara dəniz regionunda fəallaşması, Orta Asiyada İslam radikalizminin artması, Şimali Qafqazdakı yaraqlıların xaricdən maliyyələşdirilməsi, Suriyada baş verənlər və s. partiyanın mövqeyinin düzgünlüyünü göstərir.

“Rusiyanın xarici siyasətini təkcə Qərbə və Şərqə istiqamətləndirməyə son qoymaq və Cənuba üz tutmaq vaxtıdır. Axı bizi müharibə bə qaçqın axını məhz oradan təhdid edir” — deyə Jirinovski bildirir.

LDPR liderinin sözlərinə görə, cənubdan təhdidlərin qarşısını almaq üçün xalqın iradəsinin tam səfərbər edilməsi lazımdır.

“Bizim üçün Suriyadakı müharibə xüsusən təhlükəlidir. Əgər ABŞ orada Liviya ssenarisini tətbiq etsə, yüz minlərlə qaçqın Türkiyəyə axacaq. Suriyanın şimalında kürdlər ayağa qalxacaq. İranın qərbində kürdlər silahlanacaq. Azərbaycan isə bu vaxt Qarabağı almağa cəhd edəcək. Və bütün bu dişinə qədər silahlanmış insan kütləsi Şimali Qafqaza üz tutacaq. Yaxın Şərq inqilablarının, müharibələrinin və xaosunun alovunun

Cənubi Qafqaza yayılmasına imkan verməmək üçün tədbirlər görməyin vaxtıdır. Axı hadisələrin belə inkişafı Şimali Qafqazda partlayış yaradacaq. Biz Həştərxan-Volqoqrad-Voronej-Rostov-Belqorod cəbhə xətti ilə üzləşməli olacağıq” — deyə Jirinovski cənuba hücum doktrinasını əsaslandıraraq yazır.

~ tərəfindən Patriot 31/08/2014.

Bir Cavab to “RUSİYADA CƏNUBA HÜCUM ÇAĞIRIŞLARI YAYILDI”

  1. Azərbaycanla Rusiya arasında münasibətlər həmişə normal olub.
    Indi və gələcəkdə də normal olaraq qalacaq.Jirinovski kimiləri ağzına gələnləri danışmaqla belə məsələlər həll olunmur.Neytrallıq gözəldir.
    RƏBBİM bütün çətin situasiyalarda DÖVLƏT BAŞÇIMIZA yar və yardımçı olsun.ALLAH öz nəzərini yaxşı mənada dövlətimiz və PREZİDENTimizdən əksik etməsin.Azərbaycan dövlətimizi bütün xəta-bəlalardan uzaq olsun. Inşaallah !

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: