QUBADLININ İŞĞALINDAN 21 İL KEÇDİ…

qubadli

Qubadlı rayonunun işğal olunmasından 21 il ötür. 1993-cü ilin avqustun 31-də erməni  silahlı qüvvələri bu rayonu bütünlüklə işğal ediblər.

826 kvadrat kilometr ərazisi olan rayonunun işğal ərəfəsində əhalisi 30 mindən çox olub.

1930-cu il il avqustun 30-da Azərbaycan respublikası İcrayiə Komitəsi və Xalq Komissarlar Sovetinin Qərarı ilə yaradılan Qubadlı rayonu 1-ci kateqoriyali rayonlarin siyahisina daxil edilib. Bu rayonun Ermənsitanla 120 kilometrlik sərhəddi var.

Qubadlı uğrunda gedən döyüşlərdə 230-a yaxın sakin sakin həlak olub.

Rayondan qaçqın düşən əhali Azərbaycanın müxtəlif bölgələrində, çox hissəsi bu Sumqayıtda məskunlaşıb. Elə Qubadlı rayon icra hakimiyyəti də Sumqayıt şəhərində yerləşir.

İşğala qədər Qubadlı rayonunda 62 idarə və müəssisə, 61 ümumtəhsil məktəbi, 180-ə yaxın mədəni-maarif müəssisəsi, 84 kitabxana, 12 mədəniyyət evi, 44 klub, 2 uşaq-musiqi məktəbi fəaliyyət göstərib.

İşğal zamanı bütün bu müəssisələr, o cümlədən rayondakı 7 minə yaxın ev, 1100-ə yaxın kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 6 sənaye müəssisələri, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman tamamilə dağıdılıb.

Bundan başqa 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan edilib.

~ tərəfindən Patriot 31/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: