NAXÇIVANDA JURNALİSTİ NİYƏ DÖYDÜLƏR? (ViDEO – FOTOLAR)

ilqar nesibov

Cinayətkarlar İlqar Nəsibova belə hücum ediblər

İLQAR ONU VURANLARDAN BİRİNİ TANIYIR. ADI FƏRİDDİR

jurnalist zorakiliqAvqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova hücum edərək onu vəhşicəsində döyüblər. Aldığı zərbələrdən Nəsibov huşunu itirib. Ağır bədən xəsarətləri ilə onu xəstəxanaya çatdırıblar. “Azadlıq” Radiosu baş verənlərin təfsilatlarını aydınlaşdırmağa çalışır. Gün ərzində hadisə ilə bağlı əldə etdiyimiz məlumatlar bunlardır

Naxçıvan Şəhər Polis İdarəsi hüquq müdafiəçisi İlqar Nəsibovun döyülməsi ilə bağlı təhqiqata başlayıb. Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə, xəstəxanada müalicə olunan İlqar Nəsibovun izahatı alınıb, onun döyüldüyü ofisdə ekspertiza aparılır:

«İlqarın xəsarətləri ilə bağlı da tibbi ekspertiza aparılır. Onun qaşına və gözünün altına 5 tikiş vurulub. Bədənində sınıqlar var. İlqar onu vuranlardan birini tanıyıb. Adı Fəriddir. Əvvəldən tanıdığı şəxsdir. Həmin şəxs həmişə özünü müxalifətçi kimi göstərib. Görünür sonradan ələ alıblar. İlqara ilk zərbəni vuran da o olub. Bu haqda izahatında da yazıb. Hazırda ofisdə qan izlərinin ekspertizası aparılır».
Naxçıvan Şəhər Polis İdarəsi İstintaq və Təhqiqat bölməsinin rəisi Nemət Cəfərov təhqiqata başladıqlarını təsdiqləsə də geniş məlumat vermək istəmədi.

İlqar Nəsibov həmçinin Naxçıvanda fəaliyyət göstərən, Məlahət Nəsibovanın rəhbəri olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

Məlahət Nəsibova “Azadlıq” Radiosuna bildirib ki, avqustun 21-də axşam radələrində Fərid adlı şəxs İlqar Nəsibovu evdən çağıraraq mərkəzin ofisinə gəlməyini istəyib. Onun sözlərinə görə, Fərid bir neçə nəfərlə İlqar Nəsibovu ofisdə döyüblər. Məlahət Nəsibova həyat yoldaşının döyülməsini mərkəzin fəaliyyətinə təzyiq kimi dəyərləndirir.

İlqar Nəsibovun həmtəsisçisi olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi Norveç İnsan Haqları Evinin dəstəyi ilə fəaliyyət göstərir. Mərkəzin rəhbəri Məlahət Nəsibova 2009-cu ildə Norveç Rafto Fondunun mükafatını alıb.

“Azadlıq” Radiosu İlqar Nəsibovun döyülməsi ilə bağlı Norveç səfirliyinin də münasibətini öyrənməyə çalışıb. Səfirlikdən bildiriblər ki, səfir hazırda Bakıda olmadığından bu məsələ ilə bağlı rəy verə bilməyəcəklər.

Bu, İlqar Nəsibova qarşı ilk təzyiq deyil. 2007-ci ildə Naxçıvan Şəhər Məhkəməsi İlqar Nəsibovun 3 aylıq həbs olunması ilə bağlı qərar çıxarmışdı. O, Naxçıvan Şəhər Polis İdarəsi rəsi Səbuhi Novruzovun şikayəti əsasında «böhtan» maddəsi ilə həbs olunmuşdu. Bir müddət sonra Naxçıvan Apellyasiya Məhkəməsi onu azadlığa buraxmışdı. Daha sonra İlqar Nəsibov dəfələrlə hücum və hədələrə məruz qalıb.

İlqar Nəsibova hücum “İşdən sonra” proqramında müzakirə olunur

 

~ tərəfindən Patriot 27/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: