“AZƏRBAYCAN İNSAN HAQLARI HƏBSXANASIDIR”

der standart- eliyev

Azərbaycandakı repressiya dünya mediasının gündəmindən düşmür

Avstriyanın “Der Standart” nəşri Azərbaycandakı son həbslərdən bəhs edən yazı dərc edib

Yay tətillərinin siyasətə də dəxli var. Amma Azərbaycanda yox. Bu yay insan haqlarını tıxayıb qalan bir mövsüm oldu.

Bir neçə gün ərzində bir- birinin ardınca dörd hüquq müdafiə təşkilatının ofisində axtarışlar oldu, onların rəhbərlərini hüquq mühafizə orqanları həbsə aldılar. Onlarla başqa QHT-lərdə də axtarışlar aparılıb və onların fəaliyyəti qadağan edilib. İndi hətta jurnalistlərin azadlığı və təhlükəsizliyi uğrunda fəaliyyət göstərən “Reprtyorların azadlığı və təhlükəsziliyi İnstitutu”nun direktoru Emin Hüseynov da təhlükədədir və qardaşı ilə birlikdə məxfi həyata çəkilib. İndi onlar da, ölkənin harasındasa, həbsdə sayıla bilərlər.

33 yaşlı Emin 11 il əvvəl polisin vurduğu zərbədən baş beyin zədələnməsi alıb. Onun həbsi üçün order avqustun 8-də verilib və o, indi qanundan kənardır.

Onun günahı nədir? 8 il əvvəl bütün ölkə boyu hüquqları pozulan, təqib edilən jurnalistlərin, bloggerlərin, ictimai fəalların hüquqlarının müdafiəsi üçün bir qeyri hökumət təşkilatı yaratmışdı. O, jurnalistlərə qarşı böhtanların, onların qanunsuz həbslərinin önünə bu təşkilatın apardığı kampaniyalarla çıxırdı.

Bu ilin may ayında Hamburqda media mükafatı ilə təltif edilmişdi.

İndi o, ciddi şübhələr altına salınaraq həbsxana ilə ,”mükafatlandırılmaq” təhlükəsi ilə üz-üzədir. Onun qardaşı Mehman isə operator kimi fəaliyyət göstərib. Mayın sonlarında ona qarşı bir xuliqanlıq ittihamı qaldırılmışdı. Bu məsələni hələ də gündəmdə saxlayırlar.
Mayın 21-də, o, bir nümayişi videokamera ilə çəkərkən polis onun kamerasını sındırmış, o da polisə sadəcə olaraq etiraz etmişdi. Amma bu, polislə qarşıdurmanın yeganə faktı deyildi.

2012-ci ildə Azərbaycanın paytaxtı Bakıda Evrovision mahnı yarışması keçirilən zaman “Demokratiya üçün oxu” kampaniyasına start verilmişdi. Bu kampaniya ölkənin tanınmış hüquq müdafiə təşkilatlarından dəstək alırdı. İndi onların hamısı qapadılıb.

8 avqustda İntiqam Əliyev həbs edilib – o, ölkədə insan haqları ilə uğraşan çox az saylı vəkillərdən biri idi.

2 avqustda jurnalist və insan haqları klubunun rəhbəri Rəsul Cəfərov həbs edilib.

30 iyulda Leyla Yunus, 5 avqustda Arif Yunus həbs olunub. Leyla Yunus Bakıdakı “Sülh və Demokratiya İnstitutu”nun direktorudur.

Onların hər biri hələlik bir neçə aylıq həbslə təcrid ediliblər.

Onlara qarşı qanunsuz sahubkarlıq fəaliyyəti, vergidən yayınma, hakimiyyət orqanı ilə hesablaşmamaq, dələduzluq ittihamları irəli sürülüb.

Yeri gəlmişkən, Fransa Leyla Yunusu “Fəxri Legion Ordeni” ilə təltif etmişdi. “Le Monde” qəzeti onu Azərbaycandakı azsaylı tənqidçilərdən biri adlandırır.

 

~ tərəfindən Patriot 17/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma