PUTİN “TAMAŞA” dan RAZI QALDI

aliyev-sochi2014

Əliyev və Sərkisyan Putinin «çörəyinə yağ sürtdü», Vaşinqton təmsilçisi qabaqcadan inamsızlıq ifadə etdi

Soçi görüşü baş tutdu. Başa çatdı, amma heç nə dəyişmədi. Xüsusi diqqət yetirəndə isə yalnız bir maqam ortaya çıxdı – Putin bu dəfə ironiya etməkdən özünü saxlaya bilmədi. Əlbəttə, indiki Rusiyanın lideri Putinin hansısa konfiliktin həlli üçün vasitəçilik etməsi tarixin ironiyasıdır, amma Putinin davranışları da xüsusi olaraq tarixə ironiya kimi qiymətləndirilməlidir.

Qısası, dövlət başçıları görüşdülər və xəbər agentlikləri məlumat verirlər ki, Ilham Əliyev bu görüşdə belə deyib: “Dağlıq Qarabağ məsələsi öz həllini tələb edir, bu problem uzun müddətdir davam edir”. Sonra O, Putinə belə bir xitab etməkdən də özünü saxlamayıb: “Ümid edirəm ki, sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə yeni təkan verəcək. Sizin qeyd etdiyiniz kimi, artıq danışıqların formatı mövcuddur, həmçinin münaqişənin tənzimlənməsi üçün hüquqi baza var. BMT Təhlükəsizlik Şurası Azərbaycanın torpaqlarından erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çoxdur bu qətnamələr kağız üzərində qalıb… Düşünürəm ki, Rusiyanın bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, əlbəttə, tənzimləmə prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllini tapacağıq”.     Ilham Əliyevin Qarabağın uzun müddətdir həll olunmayan problem olduğunu etiraf etməsi ciddi gəlişmədir, çünki, onun və atasının hakimiyyəti illərində hakimkiyyət o qədər arxayın davranıb ki, heç vasitəçi dövlətlər özlərini bu münaqişədən bu qədər kənarda hiss etmirlər. Nəhayət Ilham Əliyev, necə deyərlər, münaqişənin çoxdanın söhbəti olduğunu etiraf edib. Öz hakimiyyəti dövründə heç bir gəlişmənin olmadığını etiraf etməsə də, fakt ortadadır ki, Ilham Əliyevin bu bəyanatı da hələ ki, prosesdən yeni xəbər tutmuş birisinin təəccübünü ifadə edəcək gücdədir.

Soçi məqsədinə çatdı

Ən maraqlı mövqe Putinin mövqeyidir. O, açıqlaması ilə Ilham Əliyevə və Serj Sərkisyana dolayı yolla “tamaşadan razı qaldım” mesajı verib. Görün Putin nə deyir: “Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək üçün Azərbaycanın və Ermənistanın xoş məramı var. Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan prezidenti problemin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkib və siz (Ermənistan prezidenti) indi bu barədə danışdınız. Bu, həqiqətən də ən başlıcasıdır, çünki insanların ölümündən böyük faciə yoxdur”. Bəli, məhz tamaşa baş tutub. Putin üçün elə bir şərait yaradılıb ki, o səhnəyə çıxıb, öz nəğməsini oxusun. Putin üçün Soçi görüşü Romanı yandırmış imperator Neronun çörək və tamaşa vəd etməsi imkanı oldu. O, əvvəlcə Ermənistan və Azərbaycan arasında müharibə yaradır, sonra onlara sülh vəd edir. Müharibə hələ də davam edir, sülh isə sadəcə, vəddir.  Putinin Azərbaycan və Ermənistan tərəflərinin xoş məramlarını ifadə etməsi isə aşkar şəkildə, bir neçə gün öncə olan intensiv döyüş əməliyyatlarının tamaşa olduğunun şüuraltı ifadəsi idi. Yoxsa, ən azı onlarla hərbçinin həyatını itirdiyi əməliyyatlardan sonra xoş məram ifadəsi  yersiz görünür.

Atəşkəsə etimad qalmayıb

Münaqişənin həlli istiqamətində son dövrlər ardıcıl təkliflərlə çıxış edən ABŞ-dan olan həmsədr Uorlik isə bu dəfə çox maraqlı şərh verib. O deyib ki, Dağlıq Qarabağ daha dondurulmuş münaqişə deyil: “Təəssüf ki, regiondakı qarşıdurmalar münaqişənin artıq dondurulmuş vəziyyətdə olmadığını deyir. Siz öldürülmüş və ya yaralanmış əsgərlərin ailələrini konfliktin dondurulduğuna inandıra bilərsinizmi? Aydın məsələdir ki, yaranmış durum bizi narahat edir. Situasiyanın yumşaldılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir”.

Bu açıqlama onu deməyə əsas verir ki, ABŞ Rusiyanın öz lehinə müharibə və sülh yaradıb, regionda vəziyyəti gərginləşdirməsini başa düşür və bunun əleyhinədir. ABŞ diplomatının həyatını itirmiş hərbçilərin ailələrinin gözüylə münaqişəyə qiymət vermək cəhdi isə həm də, “prosesi yaxından izləyir və hiss edirik” mesajıdır.  ABŞ həm də Ilham Əliyevə “Azərbaycan xalqı ilə açıq danışaram” mesajını verir. O, Rusiyanın qurduğu tamaşada Azərbaycan və Ermənistan rəhbərlərinin eqolarının daha destruktiv nəticələr yaratdığına da işarə vurub: “Təbii ki, tərəflərdən heç biri digərinin gözündə zəif görünmək istəmir. Ancaq biz bir şeydə əminik – sülh danışıqları, müharibə yox”. ABŞ diplomatı Rusiyanı dolayı yolla da olsa da hədələməyi unutmayıb, Rusiyanın münaqişənin aktivləşməsindəki katalizatorluq funksiyasına dair suala belə şərh verib: “Hazırda Rusiyanın özünün öz sərhədlərində problemlər yaşanır. Bu mənada o, yeni təxribatlarda maraqlı ola bilməz. Biz Rusiya tərəfi ilə effektli şəkildə işləyirik və mən əminəm ki, Moskva təzə problemlər istəmir”. Bu açıqlamada isə o, aşkar şəkildə Kremlə deyib ki, öz problemləri ilə məşğul olsa, daha yaxşı olar. Burdan iki aydın mesaj çıxarmaq olar; Birincisi, Rusiya daxilindəki münaqişələri həll etmədən heç kimə kömək edə bilməz və bu istiqamətdəki cəhdləri uğursuzluğa məhkumdur. Ikincisi, Rusiya başa düşməlidir ki, onun başaqa dövlətlərə problemlər yaratmaq siyasəti özünə qarşı işləyir. Yəni Rusiyanın Qərbin indi və ya perespektivdə müttəfiq hesab etdiyi ölkələrə problem yaratmaq siyasəti cavabsız qalmır. “Kremldə bu mesajı olduğu kimi anlayıblarmı” sualını açıq saxlamaqla onu deyə bilərik ki, Soçi görüşü əsl mahiyyətində ABŞ və Rusiyanın qarşıdurması kimi yadda qaldı. Və diqqətli müşahidəçilər sezdilər ki, ABŞ ciddi revanşa başlayır.

Türkiyənin “Hürriyyət” qəzetinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliylə Soçi şəhərində Azərbaycan və Ermənistan dövlət başçıları yeni Qarabağ savaşı başlamayacaqlarına söz veriblər.

Putin bildirib ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin mövcud problemin sülh yolu həll olunmasını deməsini məmnuniyyətlə qarşılayır: “Ermənistan dövlət başçısı Sarkisyanın da buna həmfikir olması çox önəmlidir. İki ölkə liderindən eşitdiyim bu ifadələr Sovetlər Birliyi zamanından miras qalan Dağlıq Qarabağ münaqişəsinin masa arxasında çözülməsinə şans yaradır”.

Putin “Mən də problemin həllinin çox uzanmasının fərqindəyəm” deyərək bildirib ki, münaqişənin həlli üçün ATƏT-in Minski Qrupu çalışır.
“Təbii, biz Rusiya olaraq həm coğrafi yaxınlıq, həm də Azərbaycan və Ermənistanla tarixi əlaqələrimizə dayanaraq yeni təşəbbüslər irəli sürməyə çalışacayıq” – deyə Rusiya lideri bildirib.

“Hürriyyət” qəzeti görüşdə gərginlik yaşandığını yazır. Qəzet bildirir ki, Əliyev və Sarkisyan “yeni bir savaş yerinə sülh yoluyla həllin tərəfindəyik” demələrinə baxmayaraq aralarında yenə də söz atışması oldu.
Əliyev son günlərdəki gərginliyi və Qarabağ məsələsinin 20 ildən bəri həll olunmamasından narahatlığınl dilə gətirərək “BMT TŞ illər öncə işğal altındakı Azərbaycan torpaqlarının Erməni qüvvələri tərəfindən boşaldılması haqqında qətnamə verib. Ermənistan BMT TŞ-in bu qətnaməsini hələ də niyə yerinə yetirmir?” deyə bildirib.
Əliyevə cavab verən Sarkisyan isə “BMT TŞ-in Qarabağ məsələsi ilə bir deyil, tam dörd qətnamə var. Bəs Azərbaycan bu qərarlardan hansının yerinə yetirdiyini bizə söyləyə bilər” deyib.

“Hürriyyət” yazır ki, üçlü görüşdə Azərbaycan və Ermənistan liderlərinin bir-birini günahlandıran açıqlamaları gərginlyin daha da artmasına səbəb oldu. Ancaq Sarkisyan son sözlərinin tərzini yumşaldaraq “Mən Ermənistan dövlət başçısı kimi xalqımın adından yenə İlham Əliyevə təşəkkür etmək istəyirəm. Münaqişənin həlli üçün güc yoluna üstünlük vermək istəmədiklərini söyləməsi hamımız üçün ümid vericidir” deyə fikrini ifadə edib.

Dağlıq Qarabağ məsələsi öz həllini tələb edir, bu problem uzun müddətdir davam edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya və Ermənistan prezidentləri ilə üçtərəfli görüşdə deyib.

İlham Əliyev Vladimir Putinə müraciət edərək deyib: “Ümid edirəm ki, sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə yeni təkan verəcək. Sizin qeyd etdiyiniz kimi, artıq danışıqların formatı mövcuddur, həmçinin münaqişənin tənzimlənməsi üçün hüquqi baza var”.

Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın torpaqlarından erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: “Təəssüf ki, 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalıb… Düşünürəm ki, Rusiyanın bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, əlbəttə ki, tənzimləmə prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar yolu ilə, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllini tapacağıq”.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə “Boçarov Ruçey” iqamətgahında üçtərəfli görüşü başlayıb. Görüşdə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək üçün Azərbaycanın və Ermənistanın xoş məramı var: “Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan prezidenti problemin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkib və siz (Ermənistan prezidenti) indi bu barədə danışdınız. Bu, həqiqətən də ən başlıcasıdır, çünki insanların ölümündən böyük faciə yoxdur”.

~ tərəfindən Patriot 11/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma