ERMƏNİ DİVERSİYA QRUPU MƏHV EDİLDİ

ermeni diversant

Düşmənin ərazimizə soxulan 4 nəfərik kəşfiyyat qrupunun 3 üzvü öldürülüb

Dünən Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. ANS PRESS-in məlumatına görə, ilkin sorğu zamanı məlum olub ki, 4 nəfərik qrupun məqsədi ordumuzun mövqelərinin arxasına keçərək təxribat və insan təlafatı törətmək olub.

Zərərsizləşdirilən erməni kəşfiyyatçısının üzərindən çıxan mobil telefonda bir sıra şəkillər və hərbi rəislərin nömrələri aşkar olunub. Şəkillərdə isə erməni kəşfiyyatçılarına təlim keçilən bazanın görüntüləri və ordakı hərbi texnika əks olunub.

Qeyd edək ki, əsir götürülən Karen Petrosyanla birgə sərhədi pozmağa çalışan qrupun digər 3 üzvü hərbçilərimiz tərəfindən öldürülüb. Onlardan götürülən silah-sursat və digər hərbi təyinatlı vasitələr də əsirlə birgə hərbi komandanlığa təhvil verilib.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

~ tərəfindən Patriot 08/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma