“HOUSTON CHRONİCLE” AZƏRBAYCAN HAQDA…

eliyev hokumeti

“Azərbaycanda oğrular hakimiyyəti hökm sürür” 

ABŞ mediası Azərbaycan hakimiyyətinin korrupsiya əməllərindən yazır

Azərbaycan hakimiyyəti korrupsioner əməllərinə görə növbəti dəfə ABŞ mediasının hədəfinə çevrilib. Amerikanın “Houston Chronicle” Azərbaycan haqda yayımladığı məqalədə bu ölkədə hökm sürən korrupsiyadan bəhs etməklə yanaşı, həm də Əliyevlərə lobbiçilik edən konqresmenləri də sərt tənqid edib. Məqalənin tərcüməsini təqdim edirik:

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri seçicilərinin maraqlarına xidmət etmək üçün seçilirlər. Lakin belə görünür ki, azacıq cəhd siyasətçilərə öz maraqlarını uzaq Azərbaycanda tapmağa kömək edə bilər.

“Chronicle”nin jurnalistləri Will Tucker və Liza Olsen üzə çıxarıb ki, Amerikanın 10 konqresmeni, o cümlədən Konqressin Texasdan olan 4 üzvü Bakıda keçirilən enerji konfransında iştirak edib və onların səfər xərcləri ödənilib, özləri də qeyri-kommersiya təşkilatının dəstəyindən faydalanıblar. Lakin üzdə qeyri-kommersiya təşkilatı görünsə də, əslində, konfrans Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təşkil olunub. ARDNŞ enerji partnyorlarından olan NIOC – Iran Dövlət Neft Şirkətinə qarşı sanksiyaları yumşaltmaq üçün lobbiçiliklə məşğul olurdu. Çox güman ki, məhz bu konfransdan sonra, iki ölkə tərəfindən işlənən qaz yatağına sanksiya tətbiq olunmaması məsələsi Ağ ev tərəfindən Irana qarşı sanksiyalarla bağlı qanun layihəsinə müəmmalı şəkildə daxil edilib.

Beynəlxalq emosiyalar prizmasından Azərbaycan vacib regional tərəfdaş kimi görünə bilər. Bu ölkə Avropanın Rusiyadan qaz asılılığını azaldan kəmərlər çəkir, ABŞ və NATO-nun hərbi əməliyyatlarını dəstəkləyir. Regionda yerləşən bu dünyəvi müsəlman ölkəsində getdikcə radikal islamçıların dominantlığı artır.

Digər tərəfdən, Əliyevlər ailəsi tərəfindən idarə olunan Azərbaycan korrupsiyalaşmış kleptokratiyadır (oğrular hakimiyyəti). Bu ölkədə hakimiyyət siyasi fərqli fikirliliyi sərt şəkildə ləğv edir.

Azərbaycan hakimiyyəti ABŞ-da lobbi fəaliyyətinə milyonlar xərcləyib. Bu lobbi təşkilatlarından bir neçəsinin, o cümlədən “Azərbaycanın dostları Assambleyası”nın Galleria rayonunda ofisi də var. Dünya bizim hökumətə təsir göstərməyə çalışan qeyri-kommersiya təşkilatlarından ibarət qeyri-şəffaf şəbəkələrlə doludur. Onların uğuru bizim nümayəndələrin zəhlətökən həddə sadəlövh və ya həddindən artıq mənəviyyatsız olmasından asılıdır – hələlik dəqiq bilmirik ki, bu ssenari hansı kateqoriyaya aiddir.

Nümayəndələr Palatasının üzvü Ted Po Konqresin Etika Komitəsinə izahatında deyib ki, o, səfəri təşkil edənlərin lobbi məqsədi güddüyündən xəbərsiz olub. Po Konqressin Texasdan olan üzvləri arasında bu mövzuda mətbuata açıqlama verməyə razılaşan yeganə adam oldu və bu da təqdirəlayiqdir.

Böyük pullar müqabilində təşkil olunmuş bu cür səyahətlər və belə tədbirlər nəticəsində, hətta qanunlara dəyişikliklər edilməsi onu göstərir ki, böyük pullar seçicilərin əsl problem və istəklərini arxa plana keçirə bilər

~ tərəfindən Patriot 07/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma