HUMAN RİGHTS WATCH BƏYANAT YAYDI

Human Rights Watch

“Leyla Yunus dərhal azad edilsin!”

Azərbaycan hakimiyyəti məşhur hüquq müdafiəçisi Leyla Yunusu dərhal azad etməli və ona və həyat yoldaşı Arif Yunusa qarşı siyasi motivli ittihamları ləğv etməlidir.

Bu barədə Human Rights Watch hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

“Son dörd ayda irəli sürülən ittihamların və təqiblərin konteksti göstərir ki, Leyla və Arif Yunusa qarşı ittihamlar saxtadır və onları susdurmaq məqsədi daşıyır”, deyə Human Rights Watch-un Avropa və Asiya üzrə direktor müavini Reyçel Denber bildirib.

“Hakimiyyət Azərbaycanın aparıcı hüquq müdafiəçilərinin qorxudulması kampaniyasına dərhal son qoymalı və onlara maneəsiz işləmək imkanı yaratmalıdır”, deyə o əlavə edib.

leyla yunus 2014Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa Şurası və üzv ölkələrin rəhbərləri açıq-aşkar göstərməlidirlər ki, Yunusların təqibi onların Azərbaycan hökuməti ilə münasibətlərinə birbaşa təsir edəcək.

Yunuslar Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edilərək, iyulun 30-da onlar saxlanılıb prokurorluğa gətirildikdən sonra bir neçə saat dindiriliblər.

Müstəntiqlər Yunusların xalq diplomatiyası üzrə layihələrdə Azərbaycan vətəndaşlarının cəlb edilməsi zamanı xarici qrantlardan istifadə ediblər. Əslində isə bu qrantlardan casusluq fəaliyyətinin ört-basdır edilməsi üçün istifadə ediblər.

6 saat dindirmədən sonra prokurorluq Leyla və Arif Yunuslara qarşı dövlətə xəyanət, fırıldaqçılıq, vergi ödənişindən yayınma və s. ittihamlarla cinayət işi açıb.

Bundan sonra məhkəmə Leyla Yunusu 3 ay müddətinə həbs edib, Arif Yunus isə ev dustaqlığına buraxılıb.

Azərbaycanda çoxdan hakimiyyəti tənqid edənlərə qarşı saxta ittihamlardan istifadə olunur. Son iki ildə hakimiyyət 40-dan çox siyasi fəala, jurnalistə, blogerə və hüquq müdafiəçisinə qarşı əsassız cinayət işi açıb, onların əksəriyyəti həbsdədir.

Mayın 15-də Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladıqdan sonra da tənqdi səslərin boğulması davam edir, deyə Denber qeyd edib.

~ tərəfindən Patriot 01/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma