«PUTİN CİNAYƏTKARA LAYİQ RƏFTAR GÖRMƏLİDİR»

putin

Beynəlxalq mediadan ABŞ və Avropaya Rusiya çağırışı

«Putin dünyaya təhlükədir. Əgər dünya ayağa qalxmasa, sonra bundan da pis olacaq»

Ukraynanın şərqində döyüşlər başlayandan 230 min adam öz evini tərk edib. Bu barədə BMT-nin Qaçqınlar agentliyinin yaydığı məlumatda bildirilir ki, onlardan 100 mini Ukraynanın daxili regionlarına gedib, 130 mini isə Rusiyaya.
Ukraynanın Milli təhlükəsizlik Şurasının sözçüsü Lysenko isə açıqlayıb ki, 3 aydan çoxdur davam edən anti-terror əməliyyatlarında 325 əsgər və zabit ölüb. 1232 əsgər və zabit isə yaralanıb.

Xatırladaq ki, anti-terror əməliyyatları aprelin 15-də başlanıb.
Rusiyapərəst yaraqlılar arasında ölənlərin sayı barədə isə dəqiq məlumat yoxdur. Son iki həftədə Ukrayna ordusu yaraqlılar olan ərazini demək olar ki, 2 dəfə azaldıb.

“Putinə fərqli siqnal verməyin vaxtıdır”

ABŞ-ın “Foreign Policy” nəşri Rusiya preziidenti Vladimir Putinin cinayətkar boss olduğu və onunla buna uyğun rəftarın zəruriliyindən yazıb.
Putinin Ukraynada separatçı hərəkatın himayəçisi olduğunu yazan müəllif hesab edir ki, artıq Putinə fərqli siqnal verməyin vaxtıdır. Rusiya prezidenti aydın seçim qarşısında qalmalıdır: “Əgər Ukraynanın şərqində separatçılara yardımı davam etdirəcəksə, Qərb Putinə və onun cinayətkar elitasına məxsus offşor bank hesabları, aktivlər və daşınmaz əmlak şəbəkəsini açmalıdır. ABŞ-da, Avropada milyardlarla dollarları var. Bu hesablar dondurulmalıdır. Mafioz dövlətlə məhz belə rəftar etmək lazımdır”.
NATO rəsmisi: “Rusiyanın cavabı verilməlidir”
NATO-nun növbəti sammitində Rusiyanın yürütdüyü siyasətə qarşı planlaşdırılan tədbirlərlə bağlı məsələlər müzakirə ediləcək. Bunu Gürcüstanda səfərdə olan NATO Parlament Assambleyasının prezidenti Hyu Beyli bəyan edib.
“Sammitdə müzakirə olunacaq başlıca məsələlərdən biri Rusiyanın yürütdüyü aqressiv siyasətə qarşı atılacaq addımlardır. NATO-nun cavabı olmalıdır”, – deyə Hyu Beyli bildirib.
Qeyd edək ki, NATO-nun növbəti sammiti bu ilin sentyabrında Uelsdə keçiriləcək.
Onu da qeyd edək ki, bu ilin aprelində NATO PA Rusiya parelamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərar qəbul etmişdi.

“Dünya Putinə cavab verməlidir”

Washington PostQərb mediası Avropanı Rusiyaya münasibətdə hərəkətsizlikdə qınayır. Putinin hərəkətlərini isə dünyaya təhlükə hesab edirlər. Və yazırlar ki, dünya ayağa qalxmasa, sonra daha pis olacaq.
“The Washington Post” qəzeti yazır ki, Ukrayna böhranı strategiyalı və məqsədli Avropanın olmadığını göstərdi. Bu böhrana reaksiyanı ABŞ göstərməlidir və reaksiyaya rəhbərlik etməlidir, ancaq Avropasız real heç nə etmək mümkün deyil. Avropa Rusiyadan külli miqdarda enerji alır, Rusiya şirkətlərinə ən böyük investor Avropadır, Avropa Rusiya kapitalının axdığı əsas yerdir. Barak Obamanın tənqidçiləri onu məcbur etmək istəyirlər ki, Putinlə bağlı bir iş görsün, ancaq Putini həqiqətən narahat edə bilən məhz Avropanın sanksiyalarıdır.
Qəzet yazır ki, baxın, Avropa Ukrayna ilə necə hərəkət edib? Avropa illərlə müəyyənləşdirə bilmirdi ki, o, Ukraynanı Avropa Birliyinə üzvlüyə həvəsləndirsin, yoxsa yox. Avropa Birliyi Kiyevə qarışıq siqnallar göndərirdi. Bu, avropapərəst ukraynalıları məyus edirdi, rusiyalıları qəzəbləndirirdi və hamını çaşdırırdı.

“The Washington Post” başqa bir məqaləsində yazır ki, əgər Qərb Ukrayna üçün indi nəsə etməsə, sonra gec ola bilər: “Avropanın mövqeyi inanılmazdır – Avropa istəyir ki, Ukrayna hökuməti işğalçıları ölkədən qovmağı dayandırsın, onlarla danışıqlara getsin”.
Qəzet yazır ki, xöşbəxtlikdən Ukraynanın yeni prezidenti Petro Poroşenko bu strategiyaya təslim olmadı. Əksinə, o, ABŞ-dan hərbi yardım və ya ən azı, Rusiyaya qarşı  əhəmiyyətli sanskiyalar istəyir.
Qəzet ABŞ prezidenti Obamanı tənqid edir ki, bu müraciətləri o və avroplalılar bir kənara qoyur: “Putinin vəziyyəti gərginləşdirməsinin qarşısını almaq üçün imkanı ABŞ prezidenti artıq əldən buraxıb və heç olmasa, indi hərəkət etməsə, sonda gec olacaq”.
“The Financial Times” isə hesab edir ki, Rusiyanın hərəkətlərini pisləməkdə Avropa birdir, ancaq sanskiyalara gələndə Avropa parçalanır: “Avropa Birliyinin 28 ölkəsinin hamısının qəbul edə biləcəyi sanksiyaları razılaşdırmağa vaxt gedəcək. Avropa Birliyi heç olmasa, ümumi prinsipi razılaşdırmalıdır”.
“The Economist”də bu mövzuda dərc olunmuş məqalədə bildirilir ki, 1991-ci ildə SSRI dağılandan sonra rusiyalıların nəhayət ki, normal Qərb demokratiyası dünyasının üzvü olmaq şansı yaranmışdı, ancaq Putin Rusiyanı başqa yolla apardı: “Putin dünyaya təhlükədir və bu təhlükəyə dünya cavab verməlidir. Əgər dünya ayağa qalxmasa, sonra bundan da pis olacaq”.

~ tərəfindən Patriot 26/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma