RUSİYA ÜZƏRİNDƏ “QARA BULUDLAR” (FOTOLAR)

Malayziya Hava Yolları

Sərnişin təyyarəsini rusların vurduğu təsdiqlənsə…

«Bundan sonra Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdiriləcək və beynəlxalq aləmdə Rusiyanın özünü müdafiə imkanları faktiki heçə enəcək»

«BMT-dən tutmuş Haaqa tribunalına qədər ən müxtəlif instansiyalar cinayətkarların cəzalandırılmasın təmin etməli olacaqlar»

ukrayna-Boinq-777Ukraynada Malayziya Hava Yollarına məxsus Boinq-777 sərnişin təyyarəsinin vurulması dünyanın diqqətini yenidən bu ölkəyə yönəltdi. 300 sərnişin həlak olduğu qəzaya səbəb kimi separatçıların atdığı raket göstərilir. Artıq Ukrayna rəsmiləri də hadisəni terror adlandırıb və təyyarənin «Buk» təyyarə əleyhinə sistemlə vurulduğunu açıqlayıb. Bəzi mənbələr isə təyyarənin Rusiya ərazisindən atılan raketlə vurduğunu iddia edir.

İstənilən halda təyyarənin məhz ruslara məxsus raketlə vurulması versiyası üzərində işlənilir. Artıq bunu təsdiq edən bəzi faktlar da ortalıqdadır.

ABŞ-ın vitse-prezidenti Co Bayden təyyarənin qəsdən vurulduğunu, Pentaqon rəsmiləri isə təyyarəyə atılan raketin şəklinin çəkildiyini açıqlayıb. Respublikaçı senator Makkeyn də Rusiyanın bu hadisəyə görə cavab verməli olduğunu deyib.
Beynəlxalq aləmlə münasibətləri gərgin olan Rusiyanın sərnişin təyyarəsini vurduğu təsdiqini tapsa, bunun beynəlxalq skandala səbəb olacağı şübhəsizdir.

Çünki son aylarda Ukraynada baş verən proseslərə görə başlıca məsuliyyəti Rusiya və onun prezidenti Putin daşıyır. Məhz Moskvanın səyləri nəticəsində Ukraynada artıq yüzlərlə insan həlak olub. ekspertlər hesab edir ki, təyyarənin vurulması məsələsində Rusiyadan şübhələnmək üçün çox ciddi əsaslar var. Ukraynanın cənub şərqində fəaliyyət göstərən separatçılar bütünlüklə Rusiyanın nəzarətindədir və onları Rusiya təchiz edir. Son dövrlərdə separataçıların Ukrayna təyyarələrini vurması onlarda təyinatı hava obyektlərini vuran silahların olduğunu göstərir. Təyyarənin vurulmasında günahkarın Rusiya olması müəyyən edilsə, o halda Rusiyaya qarşı çox sərt addımların atılacağı heç bir şübhə doğurmur. Bundan sonra Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdiriləcək və beynəlxalq aləmdə Rusiyanın özünü müdafiə imkanları faktiki heçə enəcək. BMT-dən tutmuş Haaqa tribunalına qədər ən müxtəlif instansiyalar cinayətkarların cəzalandırılmasın təmin etməli olacaqlar.

~ tərəfindən Patriot 18/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma