GECDƏ OLSA OYANAN PARTİYA SƏDRİ

samir-turan-heyder-eliyev

Milli Hərəkat Partiyasının sədri Samir Turan prezident Ilham Əliyevə və digər rəsmi qurumların rəhbərlərinə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə,
Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oktay Əsədova,
Bütün Millət vəkillərinə,
Bütün ziyalılara

Başıboş, cibi dolu məmurlar xalqa belə xidmət edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Milli Məclisin sədri cənab Oktay Əsədova göndərdiyim məktuba Bakı şəhər icra Hakiimiyyətinin mənə göndərdiyi cavabdır. Maraqlısı da odur ki, bu şablon şəkilində yazılan cavablardan biridir. Onlarla göndərilən məktublar nöqtəsi vergülünəcən eynidir. Çünki yazılan məktublara,vətəndaşın problemini öyrənmədən göndərilən cavablardır.

Prezidentə ünvanladığım məktuba Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbərinin imzası boyundan uzun olan Rasim Quliyev adlı məmurun mənə göndərdiyi məktubu olduğu kimi təqdim edirəm. Bu kişinin dediyinə görə məktub Bakı şəhəri İcra Hakimiyyətində baxılıb (kimlər baxıb, maraqlıdır, ay baxdılar ha.) və bu kişinin dediyinə görə müasir qanunveicilik vətəndaşların mənzillə təmin olunmasına imkan vermir,torpaq sahəmiz də yoxdur vəs. vəi i.,bir sözlı növbəti məmur nağılları. Amma özlərini yoxlasalar görərlər ki, neçə-neçə evlərə, torpaq sahələrinə malikdirlər. Çünki bunlara hər şey olar, amma vətəndaşlara heç nə. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova, Aparat rəhbəri məmur Rasım Quliyevə bildirmək istəyirəm ki (onların hər ikisi də mənim dövlət, millət yolunda fəaliyyətimi, Heydər Əliyevin ardıcıl siyasi kursunu mdafiə etdiyini hamıdan yaxşı bilirlər), vətəndaşı qəbul etmədən, onun vəziyyətini öyrənmədən belə şablon cavabları yazmaqla, vətəndaşları, xüsusən də cənab Prezidenti aldatmayın, 40 ildir Bakı şəhərində yaşayıram, özü də kirayədə pəncərəsiz evdə, qeydiyyatım BDU-nun yataqxanasına idi, oranı da sökdülər, indi qeydiyyatda da yoxam, 24 ildir gənc mütəxəssis kimi ev növbəsində də varam. Maraqlansaydınız, bunu da bilərdiniz. Bir Partiya sədri, bir alim, bir şair-publisist kimi və eyni zamanda nə evi, nə 1 metr torpağı, hətta qeydiyyatı olmayan bir vətəndaş kimi sizdən soruşuram, sizin mənim kimi insanlardan nəyiniz artıqdır ki, bəziləriniz dünən Bakıya gəlmisiniz, ancaq hər şeyiniz var, amma bizim heç nəyimiz yoxdu. Bu xalqın, bu millətin yolunda özünüz və qohumlarınızn hansı fədakarlğı var ki, insanlara belə yuxarıdan aşağı baxırsınız. Sizin əldə etdiklərinizi hansı yolla əldə etmisiniz, bunu hər kəs bilir, onlar bilməsə də, mən yaxşı bilirəm. Rasim Quliyevlə mənim fərqim ondadır ki, mən Heydər Əliyevi partiyamla birlikdə müdafiə edəndə, onun Mərkəzi qərargahında Gəncəbasar zonası üzrə səlahiyyətli nümayəndə kimi, heç bir təmənna güdmədən aylarla yuxusuz gecələr keçirərkən, o, burada özünə ev-eşik,düzəltməklə, torpaq sahələri almaqla, pul qazanmaqla məşğul idi. İndi məni özümə heç nə əldə etədiyimə görə qınayanlar bilsin ki, hər zaman hakimiyyətlər şəxsı məqsədlərinə çatmaq üçün müdafiə edənlər də var, dövləti, milləti sevən, hakimiyyəti təmənnasız müdafiə edənlər də. Təvazökarlıqdan uzaq olsa da, bu millətin, bu dövlətin yolunda hər zaman təmənnasız fəaliyyətimlə, yazı-pozularımla özümü sıradan bir vətəndaş hesab etməyərək, adi vətəndaşlara qarşı bu cür məmurların nələr edir, onu allah bilir. Belə bir vəziyyətdə öz əxlaq, vicdan və milli təəssübkeşliyimi ayaqlar altına atmadan bu məmur öbaşılığına etiraz olaraq cənab Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığından imtina etmək qərarına gəlmişəm.

Milli Hərəkat Partiyasının sədri,fəlsəfə doktoru, şair-publisist, işsiz, evsiz, hətta qeydiyyatı olmayan Azərbaycan vətəndaşı”

~ tərəfindən Patriot 16/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma