HAKİMİYYƏTDƏ “HEROİN ŞOKU” (VIDEO)

heroin

3 tonluq heroin əməliyyatının görüntüləri yayıldı

Azərbaycandan Gürcüstana keçirilən 3 tona yaxın narkotikanın tutulması iqtidarı çətin vəziyyətdə qoyub

Gürcüstanın Daxili Işlər Nazirliyinin keçirdiyi “heroin əməliyyatı” Azərbaycan hakimiyyətində şok yaradıb. Qeyd edək ki, qonşu ölkənin DIN-i Azərbaycandan gələrək Türkiyəyə doğru istiqamət götürən yük maşınında 2,79 ton maye heroin aşkarlayıb. Əməliyyat zamanı iki Gürcüstan vətəndaşı həbs edilib. Yük maşınından 93 ədəd 30 litrlik heroin çəlləyi götürülüb. Aşkarlanan heroinin bazar qiyməti milyon dollarlarla ölçülür.
Bu olay dünya mediasının da diqqətini çəkib. Dünyanın BBS kimi ən nüfuzlu media quruluşlarından tutmuş, Namibiyanın nəşrlərinə qədər bu barədə yazıb. Əsas diqqət də 3 tona yaxın “mal”ın Azərbaycan sərhəddindən necə keçirilməsinə yönəlib. Azərbaycan hakimiyyəti bundan ciddi təşvişə düşüb.

Axı Azərbaycan hakimiyyəti narkotiklə ciddi mübarizə apardığını bəyan edir. Hər dəfə ölkəyə narkotik keçirən dəstələr yaxalandığı barədə məlumatlar verilir. Azərbaycanın hüquq-mühafizə orqanlarının hətta narkodillerlərin bağırsaqlarında belə gizlətdiyi narkotikanı aşkar etdiyi iddia edilir. Bəs indi necə oldu ki, 3 tona yaxın heroin rahat şəkildə Azərbaycandan keçirildi? Necə oldu ki, hüquq-mühafizə orqanları bu qədər narkotikanı görə bilmədi? Hakimiyyət hazırda bu suallarla üz-üzədir. Cavab olacaqmı? Hələki yoxdur. Iqtidar hələki olayın şokunu yaşayır. Belə ehtimallar var ki, hakimiyyət vəziyyətdən çıxmaq üçün kimlərisə qurban verə bilər və “qurbanlıqlar” “xırda balıqlar” olacaq. Lakin bununla olayı ört-basdır etməyin mümkün olacağı inandırıcı görünmür. Çünki bu olay açıq-aydın göstərir ki, məsələnin arxasında “kitlər” dayanıb. Onların qurban veriləcəyi isə inandırıcı görünmür.

Başqa ehtimallara görə, bu hadisə Azərbaycan hakimiyyətinin ifşasına yönəlib. Bu qənaətdə olanlar olayın dərhal beynəlxalq səviyyədə ictimailəşdirilməsini əsas gətirirlər. Digər tərəfdən Gürcüstan hakimiyyətilə Azərbaycan hakimiyyəti arasında həmişə münasibətlər isti olub. Bu halda məsələ hay-küysüz də yoluna qoyula bilərdi. Lakin görünür, əməliyyat Gürcüstan hökumətinin iradəsindən kənar baş verib.

 

~ tərəfindən Patriot 15/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma