SLAVYANSK SEPARATÇILARDAN AZAD EDİLDİ

slavyansk azad edildi

Ukraynanın şərqində aprel ayından separatçıların nəzarətində olan Slavyansk şəhəri azad edilib.

Bu haqda Ukraynanın UNIAN informasiya agentliyi xəbər verir.

Şahidlərin sözlərinə görə, Slavyanskda iki tank, bir BTR, üç yük və bir neçə minik maşını var.
Bundan əvvəl Ukraynanın müdafiə naziri Valeri Qeletey prezident Pyotr Poroşenkoya Slavyanskın Nikoloyevka qəsəbəsinin azad edilməsi ilə bağlı məruzə edib. Nazir bildirib ki, əməliyyat zamanı qanunsuz silahlı birləşmələrin 50-dən çox üzvü, o cümlədən bir qrup Rusiya vətəndaşı əsir götürülüb. İki sutka girovluqda olan 150 qadın və uşaq isə azad edilib.

Ukraynanın daxili işlər naziri Arsen Avakov son vəziyyətlə bağlı bildirib ki, Slavyanskdakı separatçıların başçısı, Rusiya vətəndaşı, «Strelkov» ləqəbli Igor Girkin qaçıb.

120 min nəfər əhalisi olan Slavyansk şəhəri Ukraynanın şərqində separatçıların tutduğu ilk şəhərlərdən olub. Separatçılar şəhəri aprelin 6-da ələ keçirmişdilər.

Prezident Poroşenko Slavyansk şəhər şurası üzərində Ukrayna bayrağının qaldırılmasına göstəriş verib.

~ tərəfindən Patriot 06/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma