HAKİMİYYƏT CİDDİ NARAHATDIR

abs-azerbaycan

Qərbin demokratiya çağırışlarında prinsipiallığı iqtidarı çətin duruma salıb Azərbaycan hakimiyyəti ciddi narahatlıq içindədir.

Iqtidar mətbəxindən redaksiyamıza sızan xəbərlərə görə, hakimiyyətin narahatlığı Qərbə qarşı şantaj siyasətinin baş tutmaması, Rusiyaya reveransların uğursuzluqla nəticələnməsi ilə bağlıdır. Azərbaycan hakimiyyəti Qərbin insan haqları ilə bağlı çağırışlarına ənənəvi qaydada, yəni şantaj dililə cavab verirdi. Rəsmi və hökumətin nəzarətində olan KIV-də ABŞ və Avropaya qarşı dayanmadan kampaniya aparılırdı.

Qərb Rusiya faktoru ilə şantaj edilirdi. Iqtidar düşünürdü ki, əvvəllər olduğu kimi bu dəfə Qərb şantaj kampaniyasının qarşısında geri çəkiləcək, hakimiyyətlə münasibətlərin pozulmasını dərinləşdirməyəcək. Rusiya təhlükəsini dəyərləndirəcək və s. Lakin bu dəfə əksi baş verdi. Qərb mövqeyində prinsipiallıq nümayiş etdirərək Azərbaycan hakimiyyətini insan haqlarına, demokratik prinsiplərə çağırışlarını daha sərtləşdirdi. Azərbaycan hakimiyyəti hətta özünü sərbəst və güvəncli hiss etdiyi yerdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) güclü zərbə aldı. Ölkə başçısı Ilham Əliyevin AŞ PA-da sərt suallarla üzləşməsi faktı buna nümunə ola bilər. Indiyə qədər heç bir ölkə başçısına qarşı bu sayaq davranışa yol verilməmişdi. Hətta hökumət nümayəndələri də etiraf edir ki, AŞ PA-da Ilham Əliyevə qarşı aqressiya var idi. Bundan başqa ATƏT-in Bakıda keçirilən sessiyasında hakimiyyətin dirənişlərinə baxmayaraq Azərbaycanın demokratikləşməsi üçün mühüm qərarlar qəbul edildi. Ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının ATƏT səviyyəsində müdafiəsi, qurumun Bakıdakı ofisinin fəaliyyətini bərpa etməsi və Anar Məmmədlinin siyasi məhbus kimi tanınması və s. bu kimi qərarlar hakimiyyətin məyusluğuna səbəb oldu. Bundan başqa Avropalı deputatlar sessiyada Azərbaycanda söz və mətbuat azadlığının boğulmasını, siyasi partiyalara, hüquq müdafiəçilərinə təzyiqlərin olmasını yüksək səslə bəyan etdilər. Əgər əvvəllər hakimiyyət təzyiqlərin qarşılığında Rusiyaya reveranslar etməklə Qərbi geri oturda bilirdilərsə, artıq bunun da nəticəsi yoxdur. Çünki iqtidar fərqindədir ki, Rusiyanın özü hazırda ciddi təzyiqlərlə üz-üzədir.
Beləliklə ciddi narahatlıq yaşayan iqtidar həm də qeyri-müəyyənlik içindədir. Yeganə çıxış yolunu – demokratik islahatları – rədd edən hakimiyyətin bunun xaricində nə edəcəyini müəyyən etməkdə çətinlik çəkir.

~ tərəfindən Patriot 04/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma