BAKIDA RUSİYAYA QARŞI QƏTNAMƏ QƏBUL EDİLDİ

ATET - Baki

“Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz?”

ATƏT PA-nın Bakı sessiyası çərçivəsində ABŞ nümayəndə heyətindən senator Benjamin kardinin Rusiya əleyhinə hazırladığı qətnamə layihəsi qəbul olunub. Qətnamə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır və bir sıra sərt əlavələrlə qəbul edilib.

ATƏT Parlament Assambleyasının (PA) 23-cü yay sessiyası çərçivəsində Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradılıb.

ATƏT PA-nın prezidenti Ranko Krikoviç Ukraynadakı vəziyyətin normallaşdırılması üçün rəhbəri olduğu təşkilatın ciddi addımlar atacağını qeyd edib: “Biz ATƏT olaraq təhlükəsizlik sütunumuza sadiq qalmışıq. Biz Ukrayna-Rusiya münasibətlərinin yaxşılaşması üçün bir çox işlərə imza atmışıq. Şərqi Ukraynadakı vəziyyət hələ də normal deyil. Ukraynanın şərqində aparılan döyüşlər nəticəsində insanlar həlak olub, qaçqınlar və məcburi köçkünlərin sayı artıb. Helsinki qanunları pozulub. Biz təcili qərar qəbul etməliyik. Biz əməkdaşlarımızı da ora göndərəcəyik. Ukraynaya sülh gətirmək məqsədi ilə ATƏT PA çalışacaq”.

Polşalı nümayəndə isə Rusiyanın Ukraynada törətdiyi əməllərin qeyri-qanuni olduğunu və buna qarşı müxtəlif əməliyyatlar aparmaq vaxtının çatdığını vurğulayıb: “Ukraynanın şərq hissəsində terrorçular fəaliyyət göstərir. Rusiyanın Ukraynaya hərbi qoşunlar yerləşdirməsi qəbuledilməzdir”.

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova Azərbaycanın 22 ildir şikayətinə baxılmadığını vurğulayıb: “Hər kəs Helsinki aktının pozulmasına görə narahatdır. 22 ildir ki, torpaqlarımız işğal edilib. 22 ildir ki, bizim şikayətimizə baxılmır. Ona görə də Avropada yeni konfliktlər yaranıb. Mən Azərbaycanın mövqeyini bəyan etmişəm”.

Bahar Muradova deyib ki, Bakı qrupunun taleyi Minsk qrupunun taleyinə oxşamamalıdır. “Bu gün burada əsası qoyulan Bakı qrupunun işinə töhvə verməliyik. Biz problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq. Tərəflər arasında münaqişəni gərginləşdirməməliyik”.

Bu gün günün ikinci yarısında ATƏT Parlament Assambleyasının Bakıda keçirilən plenar iclasında ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Benjamin Kardinin müəllifi olduğu “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması” adlı qətnamə layihəsi müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, qətnamə layihəsi bu gün parlamentarlara təqdim edilib.

Layihədə Rusiyanın Ukraynaya münasibətdə Helsinki prinsiplərini, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq, kobud və ədalətsiz şəkildə pozması pislənir. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir. Qətnamə layihəsində qeyd olunur ki, 2014-cü il martın 16-da Krımda keçirilən referendum qeyri-legitim, qeyri-qanunidir və heç bir hüquqi qüvvəsi yoxdur. ATƏT-ə üzv dövlətlər Rusiyanın Krımı zorla ilhaq etməsini tanımamağa çağırılır. Eyni zamanda Rusiya Ukraynaya müdaxiləni dayandırmağa çağırılır. Sənəddə ATƏT-in böhranın aradan qaldırılması yönündə səyləri dəstəklənir, ATƏT-in Krım da daxil olmaqla, bütün Ukrayna ərazisində öz fəaliyyətini həyata keçirməsinin dəstəklənməsi istənilir.

Amerikalı senator: “Nəyi gözləyirsiniz?”

Ben KardinABŞ-ın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədr müavini, konqresmen Ben Kardin iyulun 1-i Bakıda keçirilən plenar iclasda dünya birliyini, o cümlədən ATƏT-i sərt tənqid edib. APA-nın məlumatına görə, Ben Kardin dünya birliyini və Qərbi Rusiyanın qarşısında aciz qalmaqda qınayıb.

Amerikalı konqresmen deyib ki, bu gün region dondurulmuş münaqişələrdən inildəyir: “Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna… Dağlıq Qarabağ münaqişəsi 22 ildir inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var? Biz ATƏT-in Minsk qrupuna böyük ümidlər bəsləyirdik, amma özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcək? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz?”

~ tərəfindən Patriot 01/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma