AVROPADA İCAZƏSİZ YAŞAYAN ŞƏXSLƏRİN READMİSSİYASI TƏSTİQLƏNDİ

ilham eliyev- welcome to azerbaijan

Dövlət başçısı İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılması) haqqında sazişi təsdiqləyib.

“Media forum” saytı bildirir ki, saziş bu il fevralın 28-də Brüssel şəhərində imzalanıb.

Mayın 30-da Milli Məclis bu sazişi təsdiqləyib.

Sazişdə Azərbaycan Avropa İttifaqı ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması ilə bağlı öhdəlik götürür.

Sazişdə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olması sübut olunan və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir.

Sazişdə bu məsələ ətrafında daha bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya edilməsi açıqlanıb, şərtlər göstərilib.

Qeyd edək ki, bu kateqoriyaya Avropada siyasi mühacir həyatı yaşayan bəzi tanınmışlar da aiddir. Məsələn, sabiq deputat Hüseyn Abdullayev, blogger Emin Milli, ABU-nun keçmiş rektoru Elşad Abdullayev və başqaları…

~ tərəfindən Patriot 01/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: