LEYLA YUNUSDAN DEPUTATLARA TUTARLI CAVAB

leyla yunus

«Mən hücuma keçəndə hakimiyyətin itkiləri daha ağır olacaq»

Hakimiyyət dairələrinin Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı hücumları səngimək bilmir. Bu günlərdə NATO-nun Bakıda keçirdiyi tədirdə vicdan məhbusları ilə bağlı aksiya təşkil edən hüquq müdafiəçisi bu dəfə millət vəkilərinin hədəfinə çevrilib. Parlamentin son iclasında deputat Fəzail Ağamalı L. Yunusu Azərbaycan əleyhinə kampaniyaya cəhddə ittiham edib. F.Ağamalı L. Yunusun kifayət qədər mənbəyi gizli maliyyə vəsaitinin olduğunu və bu vəsaitlərin ermənilərdən gəldiyini iddia edib. Eyni zamanda parlamentin spikeri də hüquq müdafiəçinin ünvanına tənqidi fikirlər səsləndirib.

Parlamentdə səslənən fikirlər cavabsız qalmayıb.

Hüquq müdafiəçisi Leyla Yunus bu hücumun onun üçün gözlənilməz olmadığını deyir: «NATO-nun təşkil etdiyi seminara vicdan məhbuslarının şəkli olan plakatla gedəndə özümə qarşı növbəti hücumu gözləyirdim. Ancaq ağıllı hərbçilər həmişə hücumu qabaqlayır. Ona görə də mən növbəti əks-hücum hazırlamışam».

L.Yunus iyunun 23-də tədbir keçirəcəyini və hakimiyyətə önləyici zərbəni endirəcəyini bildirdi: «Bazar ertəsi iyunun 23-də, saat 12-də Nizami küçəsində yerləşən ofisdə tədbir keçirəcəm. Bütün jurnalistləri ora dəvət edirəm. Orda Repressiyalar Müqavimət Mərkəzinin yeni materiallarını təqdim edəcəm. Təqdim etdiyim materiallardan sonra hakimiyyət ağır itkilərə məruz qalacaq».

 

~ tərəfindən Patriot 22/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma