“RUSİYANIN AZƏRBAYCAN ÜÇÜN TƏLƏSİ”

lavrov

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayır. Lavrov ilk dəfə deyil ki, Azərbaycana gəlir. Lakin bu səfər əvvəlki səfərlərdən  xüsusi önəmi ilə fərqlənir.

Lavrovun Bakı səfərinin gizlinləri

Artıq uzun müddətdir ki, mətbuatda xüsusi ilə də erməni mətbuatında Rusiya – Azərbaycan yaxınlaşması haqda məlumatlar yayılır. Düşmən mətbuatında həyəcanla yayılan informasiyalarda Rusiyanın Ermənistanı tək qoyduğu və Qarabağ  məsələsində Azərbaycana güzəştə gedə biləcəyi bildirilir. Elə Azərbaycanda da , bu tipli məlumatlar yayılmaqdadır.

Məsələn, bir müddət  öncə, bu haqda daha çox  fikirləri  ilə yadda qalan politoloq Qabil Hüseyinli açıqlamasında  Azərbaycan və Rusiyanın Qarabağ məsələsində yeni  bir mərhələyə qədəm qoyduqlarını bildirmişdi. Politoloqun fikirincə, Ukrayna problemindən sonra, dalana dirənən Rusiyanın Azərbaycan kimi  bölgədə öz potensialı olan bir ölkəyə ehtiyyacı var. Onun dediyinə görə, Rusiya  Qarabağ probleminin həlli istiqamətində  Azərbaycana  ciddi yardım edəcəyi təqdirdə, ölkəmiz  Avrasiya İttifaqına da qoşula bilər. Azərbaycanın əsas müttəfiqi  Qərbin  bu məsələdə mövqeyinə gəlincə, politoloq ölkəmizin müstəqil siyasıt yürütdüyünü  və milli maraqlardan çıxış etməli olduğunu demişdi.

Görünən odur ki, Qarabağ  məsələsinin  həlli  istiqamətində  ciddi proseslər gedir. Elə dünən Azərbaycan prezidenti İlham Əliyevin Yunanıstanda verdiyi bəyanat da diqqətdən qaçmamalıdır. “Qarabağ probleminin həlli  yaxın zamanlarda mümkün olacaq”.

Politoloq Natiq Miri isə açıqlamasında  Azərbaycanın  Rusiya ilə münasibətlərdə tələyə düşə biləcəyindən ehtiyyat etdiyini deyib. Onun  fikirincə, Lavrovun Bakı səfərinin əsas səbəbi Azərbaycanın Avrasiya İttifaqına qoşulmasına nail olmaqdır.

“Lavrov Azərbaycana ölkəmizin  Avrasiya ittifaqına qoşulması məsələsini müzakirə etmək üçün gəlir. Rusiya xarici siyasətinin rəhbərinin ölkəmizə səfəri  birbaşa Qrabağ problemi ilə bağlı deyil, Rusiya Azərbaycanı öz orbitinə çəkmək istəyir, onlar buna nail olmaq üçün ölkəmizə  cəlbedici  təkliflər  verməlidirlər. Burda əsas məqam Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ problemidir. Ona görə, də Rusiyanın Azərbaycana təqdim edəcəyi təkliflər paketi içərisində Qarabağın əsas yerdə duracağı şübhəsizdir. Bildiyimiz kimi son zamanlar bu məsələ Azərbaycan, Rusiya və Ermənistan mediasında geniş müzakirə olunumaqdadır. Lavrovun Bakı səfərində Qarabağ probleminin  ciddi müzakirə olunacağı şübhəsizdir. Mən hesab edirəm ki, Azərbaycan prezidenti qərar verməzdən öncə, 2 dəfə düşünməlidir. Ruslar Qarabağ və onun ətraf ərazilərini belə asanlıqla Azərbaycana qaytarmayacaqlar. Hesab edirəm ki, bütün bunlar Azərbaycan üçün qurulmuş növbəti tələdir, ölkəmiz bu tələyə düşməməsi üçün tələsik qərarlar verməməlidir. Rusiya Ukraynanı itirdikdən sonra regionun ən strateji ölkəsi olan Azərbaycana möhtacdır. Azərbaycan vəziyyətdən istifadə edərək Rusiyanın bu yöndə atdığı addımları görməlidir. Ermənilərin bir neçə Azərbaycan rayonunu boşaltdıqdan sonra, ölkəmiz Rusiya ilə hər-hansısa məsələdə razılığa gələ bilər.

Bu məsələdə həmçinin rus qoşunlarının sülhməramlı kimi Qarabağda qalması məsələsi gündəmdə olacaq. Biz rus qoşunlarının heç bir vəclə Qarabağda sülhməramlı kimi yerləşməsinə razılıq verə bilmərik. Orada kimin qoşunu olacaqsa, söz sahibi də həmin dövlət olacaq. Azərbaycan Rusiyanın maraqlarına uyğun addım atmayanda, ruslar istənilən vaxt bu kartdan istifadə edərk regionda vəziyyəti gərginləşdirəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, ölkəmiz bu məsələylə bağlı addım atmazdan öncə 2 dəfə düşünməlidir”.

~ tərəfindən Patriot 18/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma